Hacıqabul
Şəhər haqqında məlumat
Böyük İpək yolu üzərində yerləşən Hacıqabul müxtəlif dövrlərdə müxtəlif adlarla mövcud olmuşdur. Sasanilər dövründə Qafqaz Albaniyasının bu mühüm strateji məntəqəsi Güstasib, Hülakilər dövründə Mahmudabad, sonrakı dövrlərdə Həcc ziyarəti ilə əlaqədar Hacıqabul adlandırılmışdır. Deyilənlərə görə, Həcc ziyarətinə yola düşən zəvvarlar Hacıqabul gölünün Şərq sahilində olan karvansaradan yola düşür, ziyarəti başa vurduqdan sonra qarşılanma mərasimində “Həccin qəbul” deyə mübarəkdarlıq edərlərmiş. Elə bu da Hacıqabul toponiminin formalaşmasında mühüm rol oynamışdır. Ərazi müxtəlif dövrlərdə Ərəb xilafətinin, Səlcuqların, Sacilər, Hülakilər, Şirvanşahlar, Səfəvilər dövlətinin, xanlıqlar dövründə Şamaxı (Şirvan) xanlığının tərkibində olmuşdur. Şimali Azərbaycan Çar Rusiyasının tərkibinə daxil edildikdən sonra Xəzər vilayətinin Şamaxı qəzasının, 1841-ci ildə Xəzər vilayəti ləğv edildikdən sonra Şamaxı quberniyasının tərkibinə daxil edilmişdir. 1930-cu ildə Yeni Qarasu adı ilə rayon kimi təşkil olunmuşdur. 1939-cu ildə rayonun adı dəyişdirilərək əslən dağıstanlı olan inqilabçı Qazı-Məmməd Ağasiyevin şərəfinə Qazı-Məmməd rayon adlandırılmışdır. 1959-cu ildə Qazı-Məmməd rayonu ləğv edilmiş, Hacıqabul və Muğan qəsəbəsi Əli Bayramlı şəhərinin tabeliyinə verilmiş, kəndlər isə Şamaxı, Salyan və Sabirabad rayonları arasında bölüşdürülmüşdür. 1990-cı ildə Hacıqabul rayonu yenidən təşkil edilərək öz adını geri qaytarmışdır.
Böyük Qafqaz dağlarının cənub-şərq qurtaracağında yerləşən Hacıqabul rayonu ticarət və sənətkarlıq mərkəzi vəzifəsi yerinə yetirmişdir. XI əsrə aid Pir-Hüseyn Xanəgahı, Udullu kəndi ərazidindəki tunc dövrünə aid “Güngörməz” müdafiə istehkamları, antik qəbirstanlıqlar, miladdan əvvəl II minilliyə aid tikililər, küp qəbirlər, orta əsrlərə aid müxtəlif kurqanlar, çoxlu sayda pirlər, müxtəlif dövrlərə aid qəbirstanlıqlar, karvansaralar, körpülər, ovdanlar və digər tarixi abidələr bu ərazidə yaşayışın çox qədim zamanlardan mövcud olduğunu və ərazidə təşəkkül tapmış islamaqədərki və islami inanc və etiqaddan xəbər verir. Qafqazın ən böyük çayı Kürün, Azərbaycanın ən uzun çayı Pirsaatın bu ərazidən keçməsi, eləcə də ölkənin ən iri gölü Hacıqabulun burda yerləşməsi həm əhalinin şirin suya olan tələbatının təmin edilməsində, həm də əkin-biçin və otlaq sahələrinin suvarılmasında mühüm rol oynayır. Bu səbəbdən də oturaq əkinçi və sənətkar əhali ilə bərabər, buradan qışlaq kimi istifadə etmiş Xilə, Kolanı, Cəyirli, Padar kimi yarımköçəri maldar tayfalar da ərazidə məskən salmışlar. Əsas karvan yolları, eləcə də Böyük İpək Yolunun üzərində yerləşən Hacıqabul bu mövqeyini sonralar da itirməmiş, dəmiryolu və avtomobil yollarının kəsişməsində yerləşməsi səbəbilə daha da qiymətli mövqe qazanmışdır.
Rayonda 20 klub müəssisəsi, 27 müstəqil dövlət kitabxanası, 1 Uşaq Musiqi məktəbi, həmçinin “Pir Hüseyn” Xanəgahı Tarix-Memarlıq Qoruğu, Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Mərkəzi, 14 arxeoloji tarixi abidə fəaliyyət göstərir. Müəssisələrdə 180 nəfər mədəniyyət işçisi çalışır ki, onlardan 25 nəfəri ali, 57 nəfəri orta ixtisas, 98 nəfəri isə ümumi orta təhsillidir.
Böyük sufi şeyxi, görkəmli alim, filosof, Azərbaycanda elmi-fəlsəfi fikrin formalaşmasında mühüm rol oynamış Pir Hüseyn Şirvaninin məzarı ətrafında formalaşan xanəgah kompleksi, Hacıqabul rayonu ərazisində, qədim Bakı-Salyan karvan yolu üzərində yerləşmişdir. Ölkə əhəmiyyətli abidə olan bu xanəgah kompleksinə türbə, məscid, minarə, ziyarətçilərin qalması üçün binalar, tövlə, tikililəri əhatə edən qala divarları, karvansara, orta əsrlərə aid türbə, hücrələr və qədim qəbiristanlıq daxildir. Pir Hüseyn türbəsinin bütün daxili divarları və bu otağın içərisindəki qəbir sənduqəsi kaşı sənətinin xüsusi bir növü ilə hazırlanmış ornament və yazılarla bəzədilmişdir. Şeyx Pir Hüseyn Şirvaninin türbəsi memarlıq kompleksinin şimal-qərb bucağında qala divarına bitişik tikilmişdir. Böyük yazı qurşağında türbənin zəngin bəzək işinin tamamlanma tarixi hicri 684-ci il (1285) göstərilmişdir. Şeyx Pir Hüseynin kiçik ölçülü türbəsini dünyada məşhurlaşdıran onun interyerində ziyarətgah üçün zəruri olan çox təsirli ruhsal mühit yaradan kaşı bəzəyi olmuşdur. Minarənin giriş qapısı üzərindəki daş kitabələrdən məlum olur ki, minarənin inşaatı 1256-cı ildə Şirvanşah II Əxsitanın zamanında başlamış və 1294-cü ildə onun oğlu Gərşasb tərəfindən tamamlanmışdır.
Şəhərə aid qeyri-maddi mədəni irs nümunələri
- Kababçı
- Kaftar
- Kaftar oyunu
- Karvansara
- Katibi
- Keçəçi (hallac, atıcı)
- Keçəl
- Keramika
- Kəbbadə
- Kəhriz
- Kəmər
- Kənd
- Kəndi
- Kəndirbaz oyunu
- Kərəm peşrovu
- Kərim və Süsən
- Kəsikbaş
- Kətə
- Kiçik çillə
- Kiçik həcmli muğamlar
- Kilimarası
- Kirkirə
- Kirşan
- Kişi başmağı
- Kişi şalvarı
- Kişi üst köynəyi
- Kitabi-Dədə Qorqud
- Kos (Böyük nağara)
- Kosa-kosa
- Kosmetik vasitələr
- Kosmoqonik miflər
- Kotan
- Kömbə
- Kömlək
- Körpü
- Kuf oyunu
- Kurqan
- Kuzə dəsti
- Kükü/Qayğanaq
- Külafirəngi/eyvan
- Külah
- Küləcə
- Kürdü
- Kürk
- Qablama
- Qaçaq Nəbi
- Qadın şalvarı
- Qadın üst köynəyi
- Qaftan
- Qaxac
- Qalxan
- Qara Tanrıverdi
- Qaraçuxa
- Qaradam
- Qaramal təsərrüfatı
- Qarasavad
- Qaravəlli tamaşaları
- Qaravəllilər
- Qarayaz
- Qarğışlar
- Qarının borcu
- Qarşılıqlı yardım formaları
- Qaşığek
- Qatıq
- Qatıq
- Qatır və uzunqulaq nəqliyyatı
- Qaval
- Qavaldaş
- Qayıq
- Qazalaq
- Qazan
- Qazlar-qazlar