Gəncə
Şəhər haqqında məlumat
Dəniz səviyyəsindən 400-450 m yüksəklikdə yerləşən Gəncə şəhəri paytaxt Bakı şəhərindən 375-km qərbdə, Kiçik Qafqazın şimal-şərq ətəyində, Kür-Araz ovalığındakı Gəncə-Qazax düzənliyində yerləşir. Şəhər öz adını "Gəncək" tayfalarından götürür. Şəhər 1804-cü ildə çar I Aleksandrın arvadının şərəfinə Yelizavetpol, 1935-ci ildə Kirovabad adlandırılmışdır. 1989-cu ildə isə şəhərin tarixi adı yenidən özünə qaytarılmışdır.
Gəncənin bir şəhər kimi formalaşması haqqında müxtəlif tarixi fərziyələr mövcuddur. Bir qism alimlər şəhərin yaranmasını milladdan əvvələ, əksəriyyəti isə orta əsrlərin başlanğıcına aid edirlər. Gəncə də ölkəmizin digər şəhərləri (Qəbələ, Naxçıvan, Şəki, Şamaxı) kimi əlverişli coğrafi mövqeyə sahib yaşayış məskəni olub tədricən şəhər kimi formalaşmışdır. Əsas karvan yollarının üzərində yerləşməsi bu şəhəri vacib ticarət mərkəzlərindən birinə çevirmişdir.
Şəddadilər dövründə saraylar, körpülər və karvansaraylar, şəhəri əhatə edən yeni və daha davamlı qala inşa edilmiş, burada pul kəsilməyə başlanmışdı. 1063-cü ildə dəmirçi İbrahim məşhur Gəncə darvazalarını hazırlamışdı. Gəncənin geniş bir mərkəzə çevrildiyi bir dövrdə onun ərazisi də böyüyərək genişlənmiş, yeni ticari və sənaye zonaları tikilməyə başlamışdı. Burada istehsal olunan ipək və ipək məmulatları nəinki yerli, həmçinin xarici alıcıların da rəğbətini qazanmışdı.
XI əsrin ikinci yarısında səlcuqlar şəddadilər sülaləsinin 100 ildən artıq sürən hakimiyyətinə son qoyaraq Gəncəni ələ keçirmişlər. 1139-cu ildə zəlzələ nəticəsində V əsrdə yaranmış orjinal şəhər dağılmış və XII əsrdə əvvəlkindən bir az şərqdə yenidən tikilmişdir. Gəncə XV əsrdə Qaraqoyunlu, XVI əsrdə isə Səfəvilər dövlətinin tərkibinə daxil edilmişdir. 1826-cı ildə isə çar Rusiyası tərəfindən işğal olunmuşdur.
Nizami Gəncəvi, Əbül-Üla Gəncəvi, Məhsəti Gəncəvi, Rəziyyə Gəncəvi, Mirzə Şəfi Vazeh kimi dahi mütəfəkkir və söz ustalarını dünyaya bəxş etmiş Gəncə şəhəri XII-XIII əsrlərdə yüksək statusunu bərpa edərək bütöv Şərqin elm, mədəniyyət və dövlətçilik ənənələrini yaşadan möhtəşəm şəhərlərdən birinə çevrilmişdir.
1969-1982-ci illərdə Ümummilli Liderimiz Heydər Əliyev 7 dəfə Gəncə şəhərinə gəlmiş, sənaye müəssisələri, mədəniyyət obyektləri ilə tanış olmuş, mədəniyyət xadimləri, yazıçı və alimlərlə, şəhər ictimaiyyəti fəalları ilə görüşmüşdür. Həmin illərdə “Nizami Poeziya Teatrı”, “Rəssamların Sərgi Salonu”, “Uşaq Rəsm Qalereyası”, “Uşaq İdman Oyunları Kompleksi”, «Şərəfxanlı el nəğmələri teatrı», «Əbülfəz Naxçıvani», «Xəzinə», «Nizami Gəncəvi-Puşkin» kitabxanaları, “Gəncə Dövlət Filarmoniyası”, “Kamera orkestri”, «Nizami Gəncəvinin ev muzeyi» kimi möhtəşəm mədəniyyət obyektləri yaradılmışdır. Ümumiyyətlə, 1969-1982-ci illərdə Gəncədə yaradılan belə obyektlərin sayı 40-dan artıq olmuşdur.
Şəhərə aid qeyri-maddi mədəni irs nümunələri
- Qablama
- Qaçaq Kərəm
- Qaçaq Nəbi
- Qadın şalvarı
- Qadın üst köynəyi
- Qaftan
- Qaxac
- Qala
- Qalayçı
- Qalxan
- Qara Tanrıverdi
- Qaraçuxa
- Qaradam
- Qaramal təsərrüfatı
- Qarasavad
- Qaravəlli tamaşaları
- Qaravəllilər
- Qarayaz
- Qarğışlar
- Qarının borcu
- Qarmaqlı bıçaq
- Qarşılıqlı yardım formaları
- Qaşığek
- Qatıq
- Qatıq
- Qatır və uzunqulaq nəqliyyatı
- Qaval
- Qavaldaş
- Qayıq
- Qazalaq
- Qazan
- Qazlar-qazlar
- Qəba
- Qəbiristanlıq
- Qəbirüstü günü
- Qədr gecəsi
- Qəhrəmanlıq dastanları
- Qəhrəmanlıq mahnıları
- Qəhvədan
- Qələmkar
- Qəlibkarlıq (basmaqəlib) peşəsi
- Qəlyanaltı, məzə, salat, müşayiətçi yeməklər
- Qənnadçı
- Qənnadı məmulatları
- Qərb qrupu şivələri
- Qəsəbə
- Qıfılbənd
- Qığmərə
- Qılınc
- Qırxım
- Qışlaq
- Qız-gəlin oyunları
- Qızıl kəmər
- Qocaların öldürülməsi
- Qodu-qodu
- Qohum-əqrəba
- Qolbaq (bilərzik)
- Qoltuq nağara
- Qondara
- Qopuz
- Qoşa nağara
- Qoşqu nəqliyyat vasitələri
- Qoşma
- Qovurma və qızartma
- Qovut
- Qoyunçuluq təsərrüfatı
- Qrafika
- Qul Mahmud
- Qurama tikmə
- Qurban bayramı
- Qurbani
- Qurşaq