Zaqatala
Rayon haqqında məlumat
Zaqatala rayonu Azərbaycan Respublikasının şimali-qərbində, paytaxt Bakı şəhərindən 430 km məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, Alazan-Əyriçay vadisində, Yevlax-Balakən şosse yolu üzərində yerləşir. Cənubdan Gürcüstan Respublikası, şimaldan Dağıstan Respublikası, qərbdən və şərqdən Balakən və Qax inzibati rayonları ilə həmsərhəddir. Rayonun mərkəzi Zaqatala şəhəridir. Şəhər dəniz səviyyəsindən 535 metr hündürlükdə yerləşir.
Zaqatala inzibati rayonu 1930-cu ildə təşkil edilmişdir. Rayonunun ümumi sahəsi 1348 km2-dir. Ərazisi dağlıq və aran hissədən ibarətdir. Rayonun ərazisindən 7 çay axır: Qanıx çay (Alazan), Tala çay, Katex çay, Muxax çay, Bəkməz çay və s. Müasir Zaqatala adı Sakatala (Sak düzü) adının dəyişilmiş formasıdır və sak tayfalarının adı ilə bağlıdır.
Rayonun əlverişli təbii-coğrafi şəraiti, qarlı dağları, buz bulaqları, meşələri, yaylaqları, gözəl iqlimi və münbit torpaqları vardır. Rayon ərazisində Zaqatala Dövlət Qoruğu, Zaqatala şəlaləsi, ölkə və rayon əhəmiyyətli 108 tarix-mədəniyyət abidəsi vardır. Onlardan Mamrux kəndi ərazisindəki II-IV əsrlərə aid alban abidəsi, V-VII əsrlərə aid Zaqatala səddi, Car kəndi ərazisində XVI əsrə aid Cingözqala, 1830-cu ildə tikilmiş Zaqatala qalasını və s. göstərmək olar.
Rayonun şimal-şərq ərazisində dağlıq, cənub və cənub-qərb hissədə düzənlik relyef üstünlük təşkil edir. Rayonda ən uca nöqtə Quton dağıdır (3648 m). Düzənlikdə mülayim, dağlarda soyuq iqlim müşahidə olunur. Yanvar ayının orta temperaturu düzənlikdə -1°C, dağlarda -10°C, iyul ayının orta temperaturu isə, müvafiq olaraq +24°C və +5°C olur. Burada ildə 600-1600 mm yağıntı düşür. Rayon ərazisinin yarısı dağlıq ərazi və meşələrdən ibarətdir. Zaqatala rayonunda azərbaycanlılar, saxurlar, avarlar, ingiloylar ruslar və başqa xalqların nümayəndələri yaşayır. Əhalinin əsas məşğuliyyətini heyvandarlıq, taxılçılıq, tütünçülük, fındıqçılıq, çayçılıq təşkil edir.
Rayona aid qeyri-maddi mədəni irs nümunələri
- Şərabçı
- Şətəl
- Şifahi xalq yaradıcılığı
- Şimal qrupu şivələri
- Şiş papaq
- Şivələr
- Şoraba
- Şorba, işgənə
- Şur
- Şüşə sənəti
- Şüştər
- Tac
- Taxça
- Taxçaqabağı
- Taxıl quyusu
- Tapmacalar
- Tar
- Tarixi şəxsiyyətlər haqqında rəvayətlər
- Tava
- Təbriz qrupu xalçaları
- Təcnis
- Təkəlduz tikmə
- Təqvim mifləri
- Tənbur
- Təndir
- Təndirxana
- Təsək
- Təsərrüfat məişəti
- Təsnif
- Təsniflər
- Təsviri sənət
- Tətbiqi sənət
- Tikinti mədəniyyəti
- Tikmə sənəti
- Toxucu
- Toxucu nəğmələri
- Toxuculuq
- Toxuculuq dəzgah və alətləri
- Toqqa
- Toponimik əfsanələr
- Toppuz
- Toy mərasimi
- Toy nəğmələri
- Tulum
- Tuman
- Türbə
- Türkəçarə
- Tütək
- Tütünçülük
- Uşaq
- Uşaq mahnıları
- Uşaq oyun nəğmələri
- Uşaq oyunları
- Uşaq şalvarı
- Uzundərə
- Üst geyimləri
- Üzük
- Vəl
- Vəsmə
- Vücudnamə
- Yaxdan
- Yaxşılığa yamanlıq
- Yallı
- Yanıltmaclar
- Yapıncı
- Yas mərasimi
- Yas nəğmələri
- Yaşayış məskənləri
- Yaşmaq
- Yataq
- Yaylaq
- Yaylı nəqliyyat vasitələri