AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Uşaq

Nümunənin reyestr kodu : DA0101000006

Nərgiz Məlik qızı Quliyeva

Nərgiz Məlik qızı Quliyeva

AMEA Arxeologiya və Etnoqrafiya

İnstitutunun baş elmi işçisi,

tarix üzrə elmlər doktoru, professor

Uşaq

Uşaqlar (hüquqda) - həddi-büluğa çatmamış şəxslərdir. Uşaqlıq dövrü aşağıdakı yaşlara bölünür: südəmər yaş - 1 yaşadək; körpə yaş 1-3 yaş; məktəbəqədər yaş 3-7 yaş; kiçik məktəb yaşı 7-12 yaş; orta məktəb yaşı 12-14 yaş; yuxarı məktəb yaşı 14-17 yaş. Mülki və ailə hüququnda qanunla həddi-büluğ yaşına çatmış şəxslərə də uşaq deyilir.

Azərbaycanda uşaq hüquqi müdafiədən geniş istifadə edirlər. Tam fəaliyyət qabiliyyəti 18 yaşdan başlanır. Uşağın fəaliyyət qabiliyyəti ya olmur (15 yaşadək), ya da onlar qismən fəaliyyət qabiliyyətinə malik olurlar (15-18 yaşadək). 15 yaşdan 18 yaşadək olan uşağın hüquqlarını həyata keçirmək üçün himayəçilik, 15 yaşadək dövrdə qəyyumluq müəyyən oluna bilər, Valideynlər öz həddi-büluğa çatmamış uşağının qanuni nümayəndələridir. Valileynlər öldüklə uşaqlar onların vərəsələridir. Qanununa görə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq həddi-büluğa çatmamış və ya həddi-büluğa çatmış, lakin əmək qabiliyyəti olmayan uşaq vərəsəlikdən kənar edilə bilməz və məcburi pay (qanun üzrə çatası pay) alırlar.

Valideynlər və ya övladlığa götürənlər özlərinin həddi-büluğa çatmamış və ya həddi-büluğa çatmış, lakin əmək qabiliyyəti olmayan uşaqlarını maddi cəhətdən təmin etməlidirlər. Uşaq öz növbəsində valideynlərini və ya övladlığa götürənləri dolandırmalıdır. Qanunvericilik həmçinin digər qohumların (baba, nənə, qardaş, bacı) və ya əqrəbaların (ögey atanın, ögey ananın) uşağı dolandırmaq şərtlərini nəzərdə tutur. Atalıq könüllü qaydada, yaxud məhkəmə yolu ilə müəyyən edildikdə uşağın hüquqları nikahda olan valideynlərdən törəmiş uşağın hüquqlarına bərabərdir. Övladlığa götürülən uşaq doğma uşağa bərabər tutulur. (ACE IX c. Bakı, ACE, 1986, səh. 478)