İsmayıllı
Rayon haqqında məlumat
İsmayıllı rayonunun ərazisi 2 074 kv.km, əhalisi 01.01.2016-cı il tarixə 84 892 nəfərdir. Rayon 1931-ci il noyabr ayının 24-də yaradılmışdır. Rayonun ərazisində 1 şəhər, 2 qəsəbə və 105 kənd mövcuddur. Bundan əlavə, burada 2 şərab zavodu, bir kərpic zavodu, 2 asfalt zavodu, bir beton zavodu, 21 turizm-istirahət mərkəzi, 12 bank filialı və bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. Rayon ərazisində 46 tam orta, 22 ümumtəhsil orta və 12 ibtidai məktəb, 10 məktəbəqədər təhsil müəssisəsi, 3 xəstəxana, 11 həkim məntəqəsi, 2 poliklinika, 24 tibb məntəqəsi və bir gigiyena və epidemiologiya mərkəzi, 2 tarix-mədəniyyət qoruğu (Lahıc, Basqal), 5 qala, 233 mədəniyyət abidəsi, Heydər Əliyev Mərkəzi, 2 tarix-diyarşünaslıq muzeyi, 1 mədəniyyət mərkəzi, 7 mədəniyyət evi, 26 klub, 4 mədəniyyət və istirahət parkı, mərkəzi kitabxana sisteminin əhatə etdiyi 49 kitabxana filialı, 1 incəsənət məktəbi, 1 rəsm qalereyası, 1 Turizm İnformasiya Mərkəzi, 1 Peşə Tədris Mərkəzi və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci mövcuddur.
Rayonun müxtəlif yaşayış məntəqələrində Dağlıq Qarabağ və onun ətrafındakı rayonlardan məcburi köçkün düşmüş 874 ailə (3 475 nəfər) müvəqqəti məskunlaşmışdır. Rayonda 4 QHT, 15 dini icma, 8 ictimai təşkilat və birlik fəaliyyət göstərir. Ərazidə 133 nəfər Qarabağ müharibəsi əlili, 625 nəfər veteranı, 140 şəhid ailəsi, 21 nəfər II Dünya müharibəsi veteranı, 650 nəfər əmək veteranı, 12 nəfər əməkdar müəllim, 11 nəfər “Tərəqqi”, 6 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülmüş sakin yaşayır.
Rayona aid qeyri-maddi mədəni irs nümunələri
- Sərnic
- Sərpuş
- Sərrac
- Səyyad və Səadət
- Sığırxana
- Silahsazlıq
- Simli çalğı alətləri
- Simurq quşu
- Simvol və ornamentlər
- Sınama
- Sinəbənd
- Sini
- Sırğa
- Sirr-bilik
- Soltan və Qəndab
- Su çərşənbəsi
- Su əyəsi
- Su nəqliyyatı vasitələri
- Süd məhsulları
- Süfrə
- Süjetli xalça
- Sümükişləmə
- Sünnət toyu
- Sür papaq
- Sürfüllü
- Sürmə
- Sürütmə, xizək (kirşə), əl arabası
- Şahzadə Bəhram
- Şal
- Şal dəzgahı
- Şalbaf
- Şamdan
- Şatır oyunu
- Şenlik
- Şəbəkə sənəti
- Şəbih tamaşaları
- Şəddə
- Şəhər
- Şəhri və Mehri
- Şəxsiyyət
- Şəmşir və Sənubər
- Şərabçı
- Şərbaf
- Şifahi xalq yaradıcılığı
- Şiş papaq
- Şivələr
- Şoraba
- Şorba, işgənə
- Şur
- Şur peşrovu
- Şüşə sənəti
- Şüştər
- Tac
- Tafta
- Taxça
- Taxçaqabağı
- Taxıl quyusu
- Tapança
- Tapmacalar
- Tarixi şəxsiyyətlər haqqında rəvayətlər
- Tava
- Telli sazım
- Təbriz qrupu xalçaları
- Təcnis
- Təkəlduz tikmə
- Təqvim mifləri
- Təndir
- Təndirxana
- Təsək
- Təsərrüfat məişəti
- Təsnif
- Təsniflər