Oğuz
Rayon haqqında məlumat
Oğuz Azərbaycanın qədim tarixə malik yaşayış məskənlərindəndir. Burada yaşayan insanlar hələ neolit dövründə oturaq həyat tərzi keçirmişlər. Bizim eranın əvvəllərində bu ərazi Qafqaz Albaniyasının, XVIII əsrdə isə Şəki xanlığının tərkibinə daxil olmuşdur. Arxeoloqlar Kərimli və Qarabaldır kəndlərinin yaxınlığında qədim insan məskənləri aşkar etmişlər. Burada nizələr üçün ucluqlar, tunc silah, daşdan hazırlanmış qadın heykəlləri və əsalar tapılmışdır.
Oğuz rayonu (1991-ci ilədək Vartaşen) 1930-cu ildə təşkil olunmuşdur. Ərazisi 1077 km2-dir. Rayon şimaldan Rusiya Federasiyası (Dağıstan MR), şərqdən Qəbələ, qərbdən Şəki, cənubdan Ağdaş rayonları ilə sərhəddir. Son dərəcə səfalı, unikal təbiət gözəlliklərinə malik olan rayon ərazisinin 40 %-ni meşələr təşkil edir.
Rayonda 27 klub müəssisəsi, o cümlədən 1 rayon, 3 kənd mədəniyyət evi, Mərkəzi Kitabxana Sistemi və onun 31 filialı, Tarix-Diyarşünaslıq Muzeyi, H.Əliyev Muzeyi, yeddiillik uşaq musiqi məktəbi, mədəniyyət və istirahət parkı vardır. Rayonda dövlət qeydiyyatına götürülmüş 32 tarix-mədəniyyət abidəsi mövcuddur. Son vaxtlar Oğuz rayonunun Kərimli kəndində 5 kurqan abidəsi aşkara çıxarılmışdır. Həmin kurqanların ikisində qazıntı işləri aparılmış və çox qiymətli əşyalar aşkar olunmuşdur. Həmin kurqanlarda tikinti işləri başa çatdıqdan sonra maraqlı turizm obyektlərinə çevriləcəklər.
Rayona aid qeyri-maddi mədəni irs nümunələri
- Musiqar
- Musiqi-rəqs
- Müxəmməs
- Mürəbbə
- Müsəlləs (üçbucaq)
- Müsəlləyə çıxmaq
- Müşk
- Mütəkkə
- Nağıllar
- Nağıl-təmsil
- Naxırçı
- Nalbənd
- Nazənin
- Nehrə
- Nekropol
- Nəbati ornamentlər
- Nəfəsli çalğı alətləri
- Nəqqaş
- Nəqliyyat vasitələri
- Nəlbəki dəsti
- Nəleyin
- Nəsil-tayfa haqqında əfsanələr
- Niqab
- Nimtənə
- Nizə
- Novruz bayramı
- Novruz məcunları
- Oba
- Od çərşənbəsi
- Oğul dağı, quyruq yarası
- Oxşamalar
- Ombadurma
- Oraq
- Ornamentlər
- Orta Mahur
- Ovçu
- Ovçu nəğmələri
- Ovçu Pirim
- Ovçu Pirimin öz oğlunu öldürməsi
- Ovçuluq mifləri
- Ovçuluq təsərrüfatı
- Ovsun
- Oyuq (kukla) tamaşaları
- Oyun yallıları
- Oyun-tamaşa
- Önlük (döşlük)
- Örpək
- Papaq
- Papaqçı
- Parça toxuculuğu
- Payız-qış mərasimləri
- Pendir
- Peşə növləri və əsnaflar
- Pəhləvan güləşi
- Pəhləvan sənəti
- Pərdə
- Pinəçi
- Piti
- Plov
- Ramazan bayramı
- Rast
- Regional lətifələr
- Rəqqas
- Rəqs yallıları
- Rəqslər
- Rəmz-bilik
- Rəngkarlıq
- Rəssam
- Rəvayətlər
- Rub, sirkə, bəkməz
- Rübab
- Rübənd