Kəngərli
Rayon haqqında məlumat
Kəngərli rayonu qədim Kəngərlilərin məskunlaşdığı ərazidə yaranmışdır. Azərbaycan ərazisində kəngərli tayfaları Kəngərli düzü kimi tanınan Naxçıvan ərazisində Arazboyu maili düzənlikdə məskunlaşmışlar. Qədim türk tayfalarından olan kəngərlilər Aral və Balxaş gölləri arasında ortaya çıxmış, onların bir qismi IV-V əsrlərdə Hunların tərkibində Azərbaycana gəlmişdir. Rayon ərazisində aşkar edilmiş qədim insanların əmək fəaliyyətini və həyat tərzini əks etdirən maddi mədəniyyət qalıqları - yaşayış yerləri, qalalar, qəbiristanlıqlar, kurqanlar və memarlıq abidələri buranın qədim yaşayış məskəni olduğunu təsdiq edir.
Kəngərli rayonu şimal və şimal-şərqdən Dərələyəz dağ silsiləsinin qolları ilə əhatələnərək cənubdan Araz çayına doğru istiqamətlənir. XV-XVI əsrlərdə Naxçıvan diyarı Qaraqoyunlu və Ağqoyunlu feodal dövlətlərinin hakimiyyəti altında olmuşdur. XVI əsrdə Azərbaycan Səfəvilər dövlətinin tərkibinə daxil olmuş və bu tarixdən etibarən Səfəvi şahları Naxçıvanın idarə edilməsini ən güclü dayaqlarından olan Kəngərli tayfa başçılarına həvalə etmişlər. Kəngərli tayfa başçıları Naxçıvanı XIX əsrin 40-cı illərinə qədər idarə etmişlər.
Prezident İlham Əliyevin qərarı ilə 2004-cü ildə "Naxçıvan Muxtar Respublikasında Kəngərli rayonunun yaradılması haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Kəngərli rayonu cənub və cənub-qərbdən İran, şimal-şərqdən Ermənistanla həmsərhəddir. Mərkəzi Qıvraq qəsəbəsidir. Rayona Qıvraq qəsəbəsi və Qarabağlar, Qabıllı, Yurdçu, Şahtaxtı, Çalxanqala, Xok, Yeni Kərki, Böyükdüz, Təzəkənd, Xincab kəndləri daxildir. Rayonun ərazisi şimal və şimal-şərqdən Dərələyəz silsiləsi ilə əhatələnərək cənubdan Araz çayına doğru uzanır. Arazboyu sahə Kəngərli düzü adlanır. Ərazidəki Keçəltəpə (2744 m), Qaraquş (2600 m), Anabadgədik (2081 m), Qabıllı (1125 m), Xok (1063 m), Tənənəmdağ (1007 m), Tazıuçan (935 m), Binədüzü (885 m) dağları Dərələyəz silsiləsinin zirvələridir.
Rayon ərazisində bir çox faydalı qazıntı, o cümlədən əhəngdaşı və travertin yataqları vardır. Şahtaxtı-Xok daş karxanaları buradadır. Rayonun iqlimi kontinentaldır. Orta temperatur yanvarda -6°C-dən -3°C-yədək, iyulda 20-28°C-dir. Əsas çayları Lizbirt və Cəhridir. Çayların əksəriyyəti yay aylarında quruyur. Araz su anbarı rayonun cənubundadır. Boz, çəmən-boz və dağ-şabalıdı torpaqlar yayılmışdır. Bitki örtüyü, əsasən, yovşanlıqdan ibarətdir.
Rayonun iqtisadiyyatında taxılçılıq, tərəvəzçilik, şəkər çuğunduru istehsalı və heyvandarlıq mühüm yer tutur. Rayonda 12 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar tərbiyə müəssisəsi, 12 kitabxana, 13 klub müəssisəsi, 1 muzey, 2 uşaq musiqi məktəbi, mərkəzi xəstəxana, sahə xəstəxanası, 4 həkim ambulatoriyası, 5 feldşer-mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar vardır.
Rayona aid qeyri-maddi mədəni irs nümunələri
- Şamdan
- Şatır oyunu
- Şenlik
- Şeşə
- Şəbəkə sənəti
- Şəbih tamaşaları
- Şəddə
- Şəhər
- Şəxsiyyət
- Şəmşir və Sənubər
- Şərabçı
- Şərur yallısı
- Şifahi xalq yaradıcılığı
- Şiş papaq
- Şivələr
- Şoraba
- Şorba, işgənə
- Şur
- Şüşə sənəti
- Şüştər
- Tac
- Taxça
- Taxçaqabağı
- Taxıl quyusu
- Tapmacalar
- Tarixi şəxsiyyətlər haqqında rəvayətlər
- Tava
- Tello
- Təbriz qrupu xalçaları
- Təcnis
- Təkəlduz tikmə
- Təqvim mifləri
- Təndir
- Təndirxana
- Tənzərə
- Təsək
- Təsərrüfat məişəti
- Təsnif
- Təsniflər
- Təsviri sənət
- Tətbiqi sənət
- Tikinti mədəniyyəti
- Tikmə sənəti
- Tirmə şal
- Toxucu
- Toxucu nəğmələri
- Toxuculuq
- Toxuculuq dəzgah və alətləri
- Toqqa
- Toponimik əfsanələr
- Toppuz
- Toy mərasimi
- Toy nəğmələri
- Tulum
- Tuman
- Türbə
- Türkəçarə
- Tütək
- Uşaq
- Uşaq mahnıları
- Uşaq oyun nəğmələri
- Uşaq oyunları
- Uşaq şalvarı
- Uzundərə
- Üç pəncə
- Ürfanı
- Üst geyimləri
- Üzük
- Vəl
- Vəsmə
- Vücudnamə
- Yaxdan