Balakən
Rayon haqqında məlumat
Alimlərin apardıqları tədqiqatlar, müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə qədər qalmış bəzi tikili abidələr və kurqanlar deməyə əsas verir ki, Balakən qədim yaşayış məskəni olmuşdur. 2010-2012-ci illərdə Qazma və Kortala kəndlərində aparılmış arxeoloji qazıntılar antik və erkən tunc dövrlərinə dair maddi-mədəniyyət nümunələri üzə çıxarılmışdır. Balakəndə, həmçinin daş dövrünə aid qədim yaşayış məskənləri və piktoqram (şəkli) yazı nümunələri aşkar edilmişdir. Yazılı qaynaqların verdiyi məlumatlara görə Balakən qədim Albaniya dövlətinin ərzisinə daxil olmuşdur. Eramızdan əvvəl 65-ci ildə Roma və Alban qoşunları arasında Alazan (Qanıx) çayı sahilində baş vermiş döyüşdə iştirak edən qədim yunan tarixçisi Plutarx yazırdı ki, bu yerlərin əhalisi sakit təbiətli, məğrur, döyüşdə cəsurdurlar. Bu gün də işlədilən Hetovlar (Hetləri xatırladan), Hunbulçay (Hunları xatırladan), ingiloylar (Qelləri xatırladan) və s. toponimlərin tədqiqi sübut edir ki, ən qədim zamanlardan başlayaraq türk tayfaları bu bölgənin daimi sakini olmuşlar. Balakən rayonu ərazisində yerləşən və öz qədimliyi ilə seçilən “Nurkilsə”, Tülü məbədi, Qullar məbədləri, Arılıqbinə məbəd kompleksi, qədim Katex məbədi və VI əsrdə inşa olunmuş 120 km uzunluğunda Böyük Qafqaz səddinin qalıqları bu gün də qalmaqdadır. Bu ərazi bizim eranın VIII əsrində ərəb işğalçıları tərəfindən zəbt olunmuş və Balakən şəhəri dağıdılmışdır. IX-X əsrlərdə Ərəb Xilafətinin süqutundan sonra bu ərazi müstəqillik qazanmış və Şəki şəhəri ilə iqtisadi əlaqələr qurmuşdur. Həmin dövrlərdə Balakəndə ipəkçilik inkişaf etmişdir. XVII əsrin sonlarından etibarən Azərbaycanın şimal-qərbində dövrünün ən mütərəqqi idarəetmə üsuluna sahib olan və 6 böyük icmanı birləşdirən Car-Balakən camaatlığı yaranmışdır. Car-Balakən camaatlığı XIX əsrin 30-cu illərinə qədər öz mövcudluğunu qoruyub saxlamışdır.
Balakən inzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə Zaqatala rayonuna birləşdirilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. 1946-1965-ci illərdə rayonun inzibati mərkəzi Balakən qəsəbəsi, 1965-ci ildən isə Balakən şəhəridir. Rayonu şimaldan Rusiya Federasiyası (Dağıstan Muxtar Respublikası), qərb və cənub-qərbdən Gürcüstan Respublikası, şərqdən isə Zaqatala rayonu ilə həmsərhəddir. Sahəsi 934 km2 olan Balakən rayonunun ərazisinin 45,4 min hektarını meşələr, 32,8 min hektarını Dövlət qoruğu, 18,2 min hektarını əkin sahələri, 6,9 min hektarını bağlar təşkil edir. Ümumi torpaq fondu 92,4 min hektardır. Həmçinin, Zaqatala Dövlət Qoruğunun üçdə iki hissəsi rayonun ərazisində yerləşir. 01 yanvar 2017-ci il tarixə rayon əhalisinin sayı 96,8 min nəfərdir. Əhalinin 14,8 min nəfəri (15,3%) şəhərdə, 82,0 min nəfəri (84,7%) isə kəndlərdə yaşayır.
Rayonda hazırda Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Bülbül adına Uşaq İncəsənət Məktəbi və Qabaqçöl Qəsəbə Musiqi Məktəbi, Mərkəzi Kitabxana Sistemi və onun 19 kənd kitabxana filialı, 18 klub tipli mədəniyyət müəssisəsi fəaliyyət göstərir.
Balakəndə iyirmidən çox millətin nümayəndəsi mehriban bir ailə kimi yaşayır. Bunlardan azərbaycanlıları, avarları, tatarları, rusları, ləzgiləri, gürcüləri, lakları, kumukları, zaxurları, ukraynalıları, farsları, türkləri, kürdləri və s. qeyd etmək olar. Rayonda yaşayan hər bir millətin adət-ənənəsi, mədəni irsi qorunub saxlanılır və təbliğ edilir. Milli azlıqlar içərisində üstünlük təşkil edən avar xalqına məxsus Qaysa kənd mədəniyyət evində “Cahan” folklor ansamblı, Qabaqçöl qəsəbə folklor klubunun “Qubek” rəqs qrupu, Mahamalar kənd mədəniyyət evində “Təbəssüm” rəqs qrupu, ingiloylar yaşayan İtitala kənd mədəniyyət evində isə “Şəlalə” studiyası və “Nənələr” rəqs qrupu yaradılıb. Bu kollektivlər Mədəniyyət və Turizm Nazirliyinin qeyri-maddi mədəni irsimizin, eləcə də ölkədə yaşayan azsaylı xalqların toplumlarının mədəniyyət nümunələrinin qorunması, tanınması istiqamətində il ərzində keçirdiyi bütün layihələrdə, beynəlxalq və respublika miqyaslı festivallarda fəal iştirak edərək rayonumuzu layiqincə təmsil edərək dəfələrlə diplom, fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.
Balakənin özünəməxsus milli musiqi aləti olan iki simli tamburdan el şənliklərində, tütün, yun, qarğıdalı və fındıq təmizlənən iməciliklərdə istifadə olunur. Tamburun müşayəti ilə həm kişilər, həm də qadınlar haylalar söyləyir, Balakənə məxsus yerli rəqsləri ifa edirlər. Bu adət rayonun Mahamalar, Tülü, Talalar kəndlərində, Qabaqçöl qəsəbəsində qorunub saxlanılır.Toy məclislərinin sonrakı günü, adət-ənənlərimizə görə “Təzə gəlin süzən çayı içmək” üçün gələn qohumlar tamburun müşayiəti ilə əylənirlər. Keçən əsrin 30-cu illərindən Balakənli söz ustası, Azərbaycan aşıqlarının I qurultayının iştirakçısı aşıq Sənəmin haylaları (bayatıları) hələ də dillərdə əzbərdir. Rayonda dəmirçilik, papaqçılıq, toxuculuq və bədii tikmə, şəbəkə hazırlanması, ağac və daş üzərində oyma, ipəkçilik, sərraclıq, təkəlduzluq, duluzçuluq və zərgərlik kimi xalq sənətkarlıq nümunələri geniş yayılmışdır.Öz sənətini nəsildən-nəsilə ötürən el sənətkarları indi də həmin sahələrə aid ən gözəl sənət nümunələrini hazırlayırlar.
Balakənin təkrarolunmaz, özünəməxsus milli kulinariyası vardır. Sac üzərində bişirilən, günəş rəmzi daşıyan maxara, toyuq çığırtması, iribuynuzlu heyvan içalatından hazırlanan ev kolbasası (bağırsaq dolması adlanır), ət, şor, qabaq (boranı) xəngəlləri, ət, şor, gicitkən, qabaq qutabları (yerli dialektdə xitəb adlanır), soğança, boş xəngəl ancaq Balakənli qadınlar tərəfindən ustalıqla hazırlanıb bişirilir. Xörəklərin bir çoxunun hazırlanmasında mədəni şəkildə becərilən yerli ədvadan (ət otundan) geniş istifadə olunur. Rayonda dağ yamaclarında bitən xüsusi növ kəkotundan (xinçi adlanır), təzə və qurudulmuş cökə çiçəklərindən dəmlənən çay soyuqdəymə, zökəm, baş ağrıları, ümumhalsızlıq kimi xoşagəlməz fəsadları aradan qaldırmaqda əvəzsiz vasitədir.
Rayonda son illər turizmin inkişafı ilə bağlı xeyli işlər görülmüşdür. Bakı-Şamaxı-İsmayıllı-Balakən turizm marşrutu reallaşdığından Balakən rayonunda 12 turizm marşrutu üzrə zonalar müəyyənləşdirilmişdir. Tarix və mədəniyyət abidələri Balakən çox zəngin tarixə malik rayondur. Rayonda dövlət qeydiyyatından keçmiş 26 tarix və mədəniyyət abidələri və 30 yeni aşkar olunmuş abidələr mövcuddur. Qeydə alınmış abidələr inventarlaşdırılmış, qoruyucu lövhələr vurulmuşdur. Həmin abidələrdən 2-si ölkə əhəmiyyətli memarlıq, 7-si ölkə əhəmiyyətli arxeoloji, 17-si isə yerli əhəmiyyətli abidələrdir.
Rayona aid qeyri-maddi mədəni irs nümunələri
- Mövsüm mərasimləri
- Mövsüm nəğmələri
- Muğam
- Muğam dəstgahları
- Muncuq
- Muncuqlu tikmə
- Musiqar
- Musiqi-rəqs
- Müxəmməs
- Mürəbbə
- Müsəlləs (üçbucaq)
- Müsəlləyə çıxmaq
- Müşk
- Mütəkkə
- Nağıllar
- Nağıl-təmsil
- Naxırçı
- Nalbənd
- Nazənin
- Nehrə
- Nekropol
- Nəbati ornamentlər
- Nəfəsli çalğı alətləri
- Nəqqaş
- Nəqliyyat vasitələri
- Nəlbəki dəsti
- Nəleyin
- Nəsil-tayfa haqqında əfsanələr
- Niqab
- Nimtənə
- Nizə
- Novruz bayramı
- Novruz məcunları
- Oba
- Od çərşənbəsi
- Oğul dağı, quyruq yarası
- Oxşamalar
- Ombadurma
- Oraq
- Ornamentlər
- Orta Mahur
- Ovçu
- Ovçu nəğmələri
- Ovçu Pirim
- Ovçu Pirimin öz oğlunu öldürməsi
- Ovçuluq mifləri
- Ovçuluq təsərrüfatı
- Ovsun
- Oyuq (kukla) tamaşaları
- Oyun yallıları
- Oyun-tamaşa
- Önlük (döşlük)
- Örpək
- Papaq
- Papaqçı
- Parça toxuculuğu
- Payız-qış mərasimləri
- Pendir
- Peşə növləri və əsnaflar
- Pəhləvan güləşi
- Pəhləvan sənəti
- Pərdə
- Pinəçi
- Piti
- Plov
- Ramazan bayramı
- Rast
- Regional lətifələr
- Rəqqas
- Rəqs yallıları
- Rəqslər
- Rəmz-bilik