Zərdab
Rayon haqqında məlumat
Zərdab rayonu 1935-ci ildə təşkil olunmuşdur. 1963-cü ildə Ucar rayonu ilə birləşdirilmiş, 1965-ci ildən isə müstəqil rayon statusu bərpa edilmişdir. Bir çox mənbələrdə Zərdab sözünün fars dilindəki zərd (sarı) və ab (su) sözlərinin birləşməsindən yarandığı göstərilir, "xəstəlik yayan sarı su" mənasını verdiyi bildirilir. Bəzi tədqiqatçılar isə bu adın axmaz, gölməçə, iylənmiş su mənasında işləndiyini iddia edirlər. Başqa bir mənbədə Zərdab sözünün “qızıl su” mənasını verdiyi bildirilir. Çünki o vaxtlar Kür və Qarasu çaylarının daşması nəticəsində suyun çökəkliklərdə, axmazlarda yığılan hissəsi əkinçilər üçün qızıl qədər əhəmiyyətli idi. Zərdabın tarixinə gəlincə qeyd etmək lazımdır ki, bugünkü Zərdab şəhəri hələ 1578-ci ilə aid türk mənbələrində “Zərdab sancağı” kimi göstərilir. Zərdab rayonunun ərazisi arxeoloji baxımdan demək olar ki, öyrənilməmişdir. XX əsrin 70-ci illərində rayon ərazisində aparılan meliorasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, əsrlər boyu torpaq altında qalsa da rəngini və keyfiyyətini itirməyən çini və keramik qablar, Eldəgizlər (Azərbaycan Atabəyləri) və digər hakimiyyətlər dövründə buraxılmış mis pullar, qədim bəzək, məişət əşyaları və mədəniyyət nümunələri aşkar edilmişdir və hazırda bunların bir çox nümunələri Zərdab Tarix Diyarşünaslıq muzeyində eksponat kimi nümayiş etdirilir. Xanməmmədli kəndində aşkar edilmiş küp qəbirlər nekropolu I əsrə aid edilərək ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir.
Rayonda 67 mədəni-maarif müəssisəsi, o cümlədən Heydər Əliyev Mərkəzi, mədəniyyət mərkəzi, 22 diyarşünaslıq evi və klubu, 40 kitabxana, 2 muzey, Uşaq incəsənət məktəbi əhaliyə mədəni xidmət göstərir. Bu müəssisələrdə 353 nəfər işçi çalışır ki, onlardan 306 nəfəri mədəni-maarif işçisi və müəllimdir. Həsən Bəy Zərdabi muzeyində 405, Tarix-diyarşünaslıq muzeyində 5290 eksponat mühafizə olunur.
Rayona aid qeyri-maddi mədəni irs nümunələri
- Acıtmalar
- Adət-ənənə
- Ağac üzərində oyma
- Ağacişləmə
- Ağılar
- Ağlabənd
- Ailə
- Al arvadı
- Alaçıq
- Alaçıq
- Alqışlar
- Alt geyimləri
- Alt köynəyi
- Ana
- Anbar
- Andlar
- Antropomorf ornamentlər
- Araqçın
- Arxalıq
- Arıçı
- Arıçılıq təsərrüfatı
- Arvad
- Astral ornamentlər
- Aşbaz
- Aşıq rəvayətləri
- Aşıq şeiri
- At nəqliyyatı
- Ata
- Atalar sözü və məsəllər
- Atlı oyunlar
- Ayaq geyimləri
- Azuqə saxlama vasitələri
- Badış
- Badya
- Bafta
- Baftaçı
- Bağban
- Bağır-beyin
- Bağlama
- Bahadırlıq nağılları
- Baharı
- Balaban
- Balıq yeməkləri
- Balıqçı
- Balış üzü
- Balta
- Basma
- Baş bəzəyi
- Baş geyimləri
- Başlıq
- Başmaq
- Başmaqçı
- Bayatı-Qacar
- Bayatılar
- Bayatı-Şiraz
- Bayramlar
- Bayram-mərasim
- Bazubənd
- Belbağı
- Beşik
- Bəhlul Danəndə lətifələri
- Bəhmən və Humay
- Bənna
- Bərbər (dəllək)
- Bəzək və zinət əşyaları
- Bıçaq
- Binə
- Bitki mənşəli yeməklər
- Bitlə birə
- Boğazaltı
- Boxça
- Boyaqçılıq