Arvad
Nümunənin reyestr kodu : DA0101000005
Ailəsi, uşağı olan, orta yaşlı, yaxud ahıl yaşlı qadınlara Azərbaycanda bəzən arvad deyə müraciət edirlər. Ailədaxili münasibətlərdə də, xüsusilə qərb bölgəsində nisbətən yetkin gəlinlər qayınanalarına “qayınanam arvad”, yaşlı kişilər həyat yoldaşlarına “ay arvad” – deyə müraciət edirlər. Xalq arasında hörmət mənasında da yaşlı qadınlara müraciət edərkən deyirlər: Xeyransa arvad, Nabat arvad və s. Qohumluq münasibətlərində də bu kimi hallar istisna deyil. Məsələn, Məhəmməd kişinin arvadı, Rəsulun qadını, yaxud arvadı və s. Qohumluq münasibətlərində isə kişinin qohumlarına kişi qohumları, qadının qohumlarına arvad qohumları deyirlər.
- Tərtibçi və biblioqrafiya
-
Orta əsr Azərbaycan ailəsi
Şirin Bünyadova
2012
-
Azərbaycanda müasir kənd ailəsi və ailə məişəti
Nərgiz Quliyeva
2005