AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ata

Nümunənin reyestr kodu : DA0101000004

Ata nəsli ata xətti ilə qohum olan qan qohumların ittifaqıdır. Patriarxat (yunanca “patriarxa” – nəslin başçısı) kişilərin hakimiyyəti mənasında işlədilir. Patriarxatın yaranması ana nəslindən ata nəslinə keçirilməsini zəruri edən iqtisadi tələbatın yaranması dövründən başlanmışdır. Patriarxat sinifsiz cəmiyyətin son pilləsi, sinifli cəmiyyətin ilk pilləsində hökmran olmuşdur.

Müasir ailədə ata ailə başçısı, valideyn adlanır. Atanın “familiyası”ndan olan 3-4 nəsil həddində olan qohumlara “ata qohumları” aiddir. Ata övladlarının məsləhətçisi, dayağıdır.