AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Bitlə birə

Nümunənin reyestr kodu : FL0110070003

Bir bit olur, adı Təziy olur, birənin adı Narmanazıx. Guya bu​lar ayilədilər də. Bir gün Narmanazıx abedə ocaq qalıyır, bir qab qoyur ki, su qızsın, Təziyin paltarrarın yusun. Küləh əsir, Təziyi götü​rür atır ocağa. Təziy ölür. Narmanazıx başdıyır başına-gözünə döyməyə. Kəntdə traxtor varımış. Traxtor deyir:

– Ey Narmanazıx, saa nə gəlif?

Deyir:

– Təziy ocağa düşüf yanıf.

Traxtor başdıyır:

– Nərr-nərr, hırr-hırr.

Bir qarğa gəlir, qonur traxtorun üstə, deyir:

– Ey traxtoru-zat, saa nə gəlif belə eliyirsən?

Deyir:

– Narmanazıx deyir ki, Təziy düşüf ocağa, yanıfdı.

Qarğa nətəəri hirsdənirsə, başdıyır: “Qarr, qurr, qarr”. Gəlir qonur bir çinar ağacına. Çinar dilə gəlir, deyir:

– Ey qarğeyi-qurqut, saa nə gəlif?

Deyir:

– Traxtoru-zat deyir ki, Narmanazıx deyir, Təziy düşüf ocağa, ölüf.

Çinar hirsdənir, nətəəri yarpağın silkəliyirsə, yarpaxlar tö​kü​lür suya. Dibinnən su axırmış. Su dilə gəlir, deyir:

– Ey çinari-burbut, saa nə gəlif?

Deyir:

– Qarğeyi-qurqut deyir ki, traxtoru-zat deyir, Narmanazıx deyir, Təziy düşüf ocağa, yanıf.

Su hirsdənir, bulanır, daşıb zəmiyə dolur. Zəmi deyir:

– Ey adili-bünövrə, saa nə gəlif?

Deyir:

– Çinari-burbut deyir, qarğeyi-qurqut deyir, traxtoru-zat deyir, Narmanazıx deyir, Təziy düşüf ocağa, yanıf.

Zəmi hirsinnən yatır suya, başını qoyur yerə. Bu heyində zəmi sahibi gəlir, deyir:

– Ey abiyi-zəmzəm, saa nə gəlif?

Deyir:

– Çinari-burbut deyir, qarğeyi-qurqut deyir, traxtoru-zat deyir, Narmanazıx deyir, Təziy düşüf ocağa, yanıf.

Zəmi sahibi hirsdənir, beli soxur özünə. Bu heyni zəmi sahi​binin oğlu gəlir, deyir:

– Ey ateyi-bel-buxun, saa nə gəlif?

Deyir:

– Abiyi-zəmzəm deyir, adili-bünövrə deyir, çinari-burbut de​yir, qarğeyi-qurqut deyir, traxtoru-zat deyir, Narmanazıx deyir, Təziy düşüf ocağa, yanıf.

Oğlan da keçəlimiş. Keçəlini qartdıya-qartdıya, qışqıra-qışqı​ra anasının üstünə gedir. – Keçələ əl vurdun başınnan qan axmalıdı. – Ge​dif görür anası təndirə çörək yapır. Anası deyir:

– Keçəli-səri-soxdar, saa nə gəlif?

Deyir:

– Ateyi-bel-buxun deyir, abiyi-zəmzəm deyir, adili-bünövrə deyir, çinari-burbut deyir, qarğeyi-qurqut deyir, traxtoru-zat deyir, Narmanazıx deyir, Təziy düşüf ocağa, yanıf.

Arvat hirsdənir, öz süd vəzdərin, – bizdə ona əmcəh deyillər, – gö​türüf yapır təndirə. Niyə? Təziy ölüb. Bu heynidə kəndin axun​du gəlir, deyir:

– Ey arvadi-püstə-təndir, saa nə gəlif?

Deyir:

– Keçəli-səri-soxdar deyir, ateyi-bel-buxun deyir, abiyi-zəm​zəm deyir, adili-bünövrə deyir, çinari-burbut deyir, qarğeyi-qurqut deyir, traxtoru-zat deyir, Narmanazıx deyir, Təziy düşüf ocağa, yanıf.

Axund hirsdənir, başındakı əmmaməni götürüf çırpır yerə ki, Təziy niyə ölüf cavan vaxtında. Bu heyində dəyirmançı gəlir:

– Axundu-hindiqulu, saa nə gəlif?

Deyir:

– Arvadı-püstə-təndir deyir ki, keçəli-səri-soxdar deyir, ateyi-bel-buxun deyir, abiyi-zəmzəm deyir, adili-bünövrə deyir, çinari-bur​but deyir, qarğeyi qurqut deyir, traxtoru-zat deyir, Narmanazıx deyir, Təziy düşüf ocağa, yanıf.

Deyir:

– Onnan ötəri ağlıyırsan?

Deyir:

– Bəli, o boyda Təziy ölüf.

Deyir:

– Gedəh mən saa Təziyi də verim, Narmanazığı da. Ta kəndin ağıl​lısı sənsən, bir dənə bitdən ötəri əmmamanı salmısan yerə. Ge​dəh, görəh axmağı nə gündədi.

Dəyirmançı axundu gətirir, deyir:

– Sən başı qoy dəyirman daşının üsdünə, mən gedim suyu bu​raxım, gəlsin. Təziynən Narmanazıx yanmıyıflar, suyun içindədi​lər, tutarsan. Yaxşı?

Deyir:

– Yaxşı.

Də​yir​man işə düşdü qutardı də. Suyu qoşan kimi dəyirman daşı işə dü​şür, bunun başın xırt-xəşil eliyir. Deyir: “İndi o sənin Nar​manaziyin, o da Təziyin, di tut”.