AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Bəhmən və Humay

Nümunənin reyestr kodu : FL0104020033

Sizə haradan, kimdən xəbər verim, Göyçə mahalında Aşıq Bəhməndən. Aşıq Bəhmən Göyçənin Hüseynqulu ağalı kəndində yaşayırdı. Aşığın atası təzəcə ölmüşdü, külfət onun boynuna düşmüşdü. Odur ki, oba-oymağa, yurd-yaylağa gedir, toy keçirir, qəpik-quruş alıb külfəti bir təhər dolandırırdı.

Günlərin bir günü Aşıq Bəhmən Aşıq Mikayılla Qarabağa asıqlığa getmişdi. Qarabağda Bəhmənin bacısı yaşayırdı. Bəhmən aşıq Mikayılla bacısı gilə getdi. Gecə burada qaldılar. Səhər tezdən durub çay-çıxanaya getdilər. Baxıb gördülər ki, burada üç aşıq vardır. Bu aşıqların biri çox qoca idi. Qoca Aşıq Bəhmənə dedi:

– Cavan aşıq, haralısan?

Bəhmən dedi:

– Usta, göyçəliyik.

Bu sözə usta gülməyə başladı. Bəhmən təəccüb eləyib soruşdu:

– Usta, niyə gülürsünüz?

Qoca aşıq dedi:

– Deyəsən, Göyçədə aşıqlıqdan başqa sənət bilən yoxdu. Hərəsi üç-dörd qatar söz bilib düşür kəndlərə.

Bəhmən dedu:

– Elə şey yoxdu. Göyçə aşıqları kamil olurlar.

Qoca üzünü cavan bir aşığa çevirib dedi:

– Ə, Nəsir, bundan bir-iki söz soruş, yükünü yoxla, görək nə bilir?

Aşıq Nəsir sazını çıxartdı, dilləndirdi, görək nə dedi:

Aşıq isən eşq əhlisən, mərd isən meydana gəl,

Fəhm eyləynən bu sözümə, natiqsən zəbana gəl,

Öz-özünə pərvaz olub qalxma asımanı, gəl.

Aldı Bəhmən cavabında:

Hayde gəda, asta danış, girmişəm meydanına,

İndi bu dəm səməndimi sürmüşəm meydanına,

Əbrü baran, bərq lam indicə şaqqıllaram,

Tündü badəm, duman, çiskin bürümüş meydanına.

Aldi aşiq Nəsir:

Zər-təladan yük bağlayıb gövhərin xiridarıyam,

Ləl-mərcan mətaımdı, bəzirganlar barıyam,

Bir nəhlikəm, dəryalarda qəvvas kəşti varıyam,

Sən ki bir xırda abisən, mənimtək ümmana gəl.

Aldı aşıq Bəhmən:

Bir məhəngəm, zər-təlanı seçib quruş eylərəm,

Tab etməzsən bu həngidə sənnən vuruş eylərəm,

Nəhənginə gəliş gəlib dəryanı boş eylərəm,

Kərgədanam, ağır torlar hörmüşəm ümmanına.

Aldı Aşıq Nəsir:

Nəsir deyər elm içində mənəm bir girranı səng,

Bu meydanda lərzə ilə bil olacaq tuli cəng,

Şiri-aslan bil ki, mənəm, bir də büzürg pələng,

Bəkləmişəm mən bu yeri, sözün var hər yana gəl.

Aldı Aşıq Bəhmən:

Bəhmən deyər indi bu dəm od vuraram sənginə

Suvalına var cavabın, mən hazıram cənginə,

Şir aslan tab eyləməz fil, bəbir, pələnginə,

Bax kəməndə sallam səni, gərmişəm hər yanını (Tam mətni yüklə).