Siyəzən
Rayon haqqında məlumat
Yaşadıgımız bölgənin ərazisində vaxtilə Ağ Siyəzən və Qara Siyəzən adında kəndlər mövcud olubdur. Siyəzən sözünün yozumu ilə bağlı ehtimallardan birində deyilir ki, Siyəzən tat dilində “siyahzən”, yəni “qaravuran”, “ovçu” deməkdir. Bu şəhərin əvvəlki adı Qızılburun olubdur. Deyilənlərə görə bu torpaq vaxtilə ilan mələyən çöllərdən ibarətmiş. Bakı-Şollar su kəməri çəkiləndə işçi qüvvəsi kimi ətraf kəndlərdən bura adamlar köç edirlər. Bu hadisə 1911-16-cı illər arasında baş vermişdir. Qızılburunun yaşayış mərkəzinə çevrilməsində “Qızılburun” dəmiryolu stansiyasının böyük rolu olmuşdur. Beləliklə, zaman ötdükcə, illər bir-birini əvəzlədikcə stansiyada işləyənlər də, su kəmərinin tikintisində çalışanlar da Qızılburunun daimi sakinlərə çevrildilər.
1938-1939-cu illərdə indiki Siyəzən rayonu ərazisində geoloqlar zəngin neft yataqlarının olmasını aşkar etdilər. Ərazidə ilk buruqlar qazıldı. Zəngin neft yataqlarının kəşfi bu yerlərin perspektivliyini artırdı. “Qara qızıl”ın sorağı ilə təkcə ətraf kəndlərdən deyil, qonşu Xızı, Dəvəçi rayonlarından, zaman-zaman Azərbaycanın ən ucqar bölgələrindən buraya işləməyə gələnlərin hesabına Siyəzən şəhəri sürətlə böyüyür, simasını dəyişirdi. Siyəzən rayonu ilk dəfə 1940-cı ilin fevral ayının 11-də təşkil edilmişdir. 1959-cu ildə rayon statusu ləğv edilərək Dəvəçi rayonunun tərkibinə verilmişdir. 1992-ci il aprel ayının 2-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Siyəzən rayonu 1959-cu il sərhədləri daxilində yenidən bərpa olunmuşdur.
Siyəzən rayonu Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində yerləşir. Qərbdən Dəvəçi, cənub-şərqdən Xızı rayonları, şərqdən isə Xəzər dənizi ilə həmsərhəddir. İqlimi mülayim isti və quru subtropikdir. Orta temperatur yanvarda 1,5°C-dən 4°C-yə, iyulda müvafiq olaraq 15°C və 25°C-yə qədərdir. Yayı quraq keçir. İllik yağıntının miqdarı 300-650 mm-dir. Rayonun ərazisindən axan Gil-gilçay və Ataçay çayları Xəzər dənizi hövzəsinə aiddir. Torpaqları əsasən şorakətvari boz-qonur torpaqlardır.
Rayona aid qeyri-maddi mədəni irs nümunələri
- Rəqslər
- Rəmz-bilik
- Rəngkarlıq
- Rəssam
- Rəvayətlər
- Rub, sirkə, bəkməz
- Rübab
- Rübənd
- Sadə yük nəqliyyatı
- Sağınçı nəğmələri
- Sal (ağac kötükləri, tuluq, pələ, kələk)
- Samanlıq
- Sanamalar
- Sancaq
- Sandal
- Sandıq
- Sapand
- Saray
- Sarı gəlin
- Satıl
- Sayaçı nəğmələri
- Saz
- Segah
- Sehrli alma
- Sehrli nağıllar
- Sehrli papaq
- Sədəfvurma peşəsi
- Səhəng
- Səməni
- Sənətkarlıq
- Səngqaldırma (daşoynatma)
- Sərnic
- Sərpuş
- Sığırxana
- Silahsazlıq
- Simli çalğı alətləri
- Simurq quşu
- Simvol və ornamentlər
- Sınama
- Sinəbənd
- Sini
- Sırğa
- Sirr-bilik
- Soltan və Qəndab
- Su çərşənbəsi
- Su əyəsi
- Su nəqliyyatı vasitələri
- Süd məhsulları
- Süfrə
- Süjetli xalça
- Sümükişləmə
- Sünnət toyu
- Sür papaq
- Sürfüllü
- Sürmə
- Sürütmə, xizək (kirşə), əl arabası
- Şal
- Şalbaf
- Şamdan
- Şatır oyunu
- Şenlik
- Şəbəkə sənəti
- Şəbih tamaşaları
- Şəddə
- Şəhər
- Şəxsiyyət
- Şəmşir və Sənubər
- Şərabçı
- Şifahi xalq yaradıcılığı
- Şiş papaq
- Şivələr
- Şoraba