Naftalan
Şəhər haqqında məlumat
Naftalan şəhəri 1967-ci ilə kimi Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərmişdir. 28 aprel 1967-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin 48 nömrəli Qərarı ilə Naftalana Respublika tabeli şəhər statusu verilmişdir. Əhalisinin ümumi sayı 01 yanvar 2017-ci il tarixə 10000 nəfərdir. Ərazisi 3572.63 hektardır. Naftalan şəhəri ilə Bakı şəhəri arasındakı məsafə 330 kilometrdir. Naftalan şəhəri 1 şəhər, 2 kənddən ibarətdir. Şəhərinin əsasını sanatoriya-kurort infrastrukturu təşkil edir. Naftalan kurortu 1933-cü ildən fəaliyyət göstərmişdir. Həmçinin 1938-ci ildə Elmi-Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunda Naftalan eksperimental laboratoriyası yaradılmış və buradan çıxan neftin bioloji və müalicəvi təsiri öyrənilməyə başlanmışdır. Eləcə də, 1965-ci ildə Naftalan şəhərində Elmi-tədqiqat laboratoriyası yaradılmışdır. Azərbaycanda Naftalan neftinin tərkibinin öyrənilməsində akademik Y.Q.Məmmədəliyevin, professorlar T.H.Paşayevin, S.Ə.Quliyevanın və tibb elmləri doktoru T.H.Hüseynovun böyük xidmətləri olmuşdur.
Naftalan Kurortunun əsas inkişafı 1970-1990-cı illərdə olmuşdur. O dövrdə Azərbaycan SSR-ə rəhbərlik etmiş və sonra SSRİ Nazirlər Sovetində yüksək vəzifədə işləmiş ümummilli liderimiz Heydər Əliyev cənablarının təşəbbüsü ilə Naftalan Kurortu daha da inkişaf etmiş və böyük şöhrət qazanmışdır. 1982-ci ildə Azərbaycan KP.MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan Həmkarlar İttifaqı Şurasının “Naftalan Kurort şəhərini daha da inkişaf etdirmək tədbirləri haqqında” birgə qərarı olmuşdur. “Azərbaycan Respublikası regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar şəhərdə 25 çarpayılıq Əlillərin Bərpa Mərkəzinin, Maliyyə şöbəsinin, Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsinin, Su-Kanal İdarəsinin, Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin yeni inzibati binaları tikilmiş və şəhər Mərkəzi Xəstəxanasında, şəhərin 1 və 2 saylı orta məktəblərində, Qaşaltı Qaraqoyunlu kənd orta məktəbində, şəhər futbol meydançasında və Heydər Əliyev parkında əsaslı təmir işləri aparılmışdır. Həmçinin, ”Azərbaycan Respublikası regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhərin infrastrukturu yenidən qurulmuşdur. Şəhərin elektrik şəbəkəsi yenilənmiş, ümumtəhsil məktəbləri və yaşayış binaları üçün yeni istilik qazanxanaları tikilmiş və yeni istilik qızdırıcıları quraşdırılmış, şəhərdaxili, binadaxili və şəhərin digər yaşayış massivlərinin qaz xətləri yenilənmiş, şəhərin su təchizatı və kanalizasiya sisteminin, səhiyyə-kurort müəssələrinin yenidən qurulması və tikintisi isə davam etdirilir.
Naftalan şəhərində bir çox mədəniyyət sahələri fəaliyyət göstərir. Şəhər əhalisinə 1 kitabxana xidmət göstərir. Milli adət-ənənələrimizin təbliği, əhaliyə mədəni xidmətin göstərilməsi, milli musiqi mədəniyyətimizin öyrənilməsi ilə 2 mədəniyyət evi (1-i şəhərdə, 1-i kəndlərdə) məşğuldur. Bundan başqa, şəhərdə yeddiillik musiqi məktəbi, 1 muzey və ulu öndər Heydər Əliyevin siyasi irsinin gənc nəslə öyrədilməsində xüsusi əhəmiyyət daşıyan Heydər Əliyev Mərkəzi fəaliyyət gösrərir. Naftalan şəhərində ümumilikdə 4 park mövcuddur: “Heydər Əliyev”, “Səməd Vurğun”, “Nəriman Nərimanov” və “Qələbə” parkları.
Şəhərə aid qeyri-maddi mədəni irs nümunələri
- Acıtmalar
- Adət-ənənə
- Ağac üzərində oyma
- Ağacişləmə
- Ağılar
- Ağlabənd
- Ailə
- Al arvadı
- Alaçıq
- Alaçıq
- Alqışlar
- Alt geyimləri
- Alt köynəyi
- Ana
- Anbar
- Andlar
- Antropomorf ornamentlər
- Araqçın
- Arxalıq
- Arıçı
- Arıçılıq təsərrüfatı
- Arvad
- Astral ornamentlər
- Aşbaz
- Aşıq rəvayətləri
- Aşıq Hüseynlə Reyhan xanım
- Aşıq şeiri
- At nəqliyyatı
- Ata
- Atalar sözü və məsəllər
- Atlı oyunlar
- Ayaq geyimləri
- Azuqə saxlama vasitələri
- Badış
- Badya
- Bafta
- Baftaçı
- Bağban
- Bağır-beyin
- Bağlama
- Bahadırlıq nağılları
- Baharı
- Balaban
- Balıq yeməkləri
- Balıqçı
- Balış üzü
- Balta
- Basma
- Baş bəzəyi
- Baş geyimləri
- Başlıq
- Başmaq
- Başmaqçı
- Bayatı-Qacar
- Bayatılar
- Bayatı-Şiraz
- Bayramlar
- Bayram-mərasim
- Bazubənd
- Belbağı
- Beşik
- Bəhlul Danəndə lətifələri
- Bəhmən və Humay
- Bənna
- Bərbər (dəllək)
- Bəzək və zinət əşyaları
- Bıçaq
- Binə
- Bitki mənşəli yeməklər
- Bitlə birə
- Boğazaltı
- Boxça