Daşkəsən
Rayon haqqında məlumat
Daşkəsən (1956-cı ilədək Dəstəfur) rayon kimi 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Xanlar rayonuna verilmiş, 1965-ci ildə isə yenidən bərpa olunmuşdur. Ərazisi 1046 kv.km, əhalisi 34.434 nəfərdir (01.01.2016). Rayonda 1 şəhər, 5 qəsəbə, 43 kənd var. Mərkəzi Daşkəsən şəhəridir. Daşkəsən rayonunun Ermənistan Respublikası ilə 8 kilometr, Respublikanın Şəmkir rayonu ilə 24,5 kilometr, Kəlbəcər rayonu ilə 23 kilometr, Gədəbəy rayonu ilə 41 kilometr və Göygöl rayonu ilə 56,3 kilometr sərhədi vardır.
Daşkəsən dağları uzun illər yaylaq yeri kimi istifadə olunub. Daşkəsən yaylaqları dəniz səviyyəsindən 2 min metr yüksəkdə olduğu üçün maldar tayfalar miladdan əvvəl III minillikdən bu yaylaqlara köç edib. Cənub Qafqazın ən gözəl yaylaqlarından olan Xoşbulaq Daşkəsəndə yerləşir. Qoşqar dağının ətəyində yerləşən bu yaylaq tunc dövrünə aid "Daştəpə" qalaçası, "Çoban daşı", "Molla Abdulla bulağı", dəmir dövrünə aid "Nağara dağı" ilə məşhurdur.
"Ləzgi qayası", "Qara inək" mağarası, "Yal yurdu", "Göyçəlilər yurdu", "Dərdər" qalaçaları gözəl təbiəti və tarixinin qədimliyinə görə rayonda çox məşhurdur. Təmiz havası, saf suyu ilə məşhur olan Qabaqtəpə zonası həmişə bura gələn qonaqların zövqünü oxşamışdır. Dünyada məşhur olan Qabaqtəpə boz arı cinsi bu bölgənin adı ilə bağlıdır. Dağlara söykənən bu kənd qərb tərəfdən meşələrlə əhatə olunmuşdur. Rayon ərazisində tarixi qədim olan çoxlu körpülər, yaşayış məskənləri, abidələr mövcuddur. Rayonun Tapan kəndində Qudur bulağı, Alaxançallı kəndində Turşsu ərazisi, Qaraqullar kəndində Ağ bulaq, Zəylik kəndində Düz yal, Bayan kəndində ecazkar dəmiryol körpüləri və keçidləri, Çilçirəvənd məbədi, Monastr, Quşqara çayı üzərində tağvari körpü, Gurbulaq kəndi ərazisində Dikdaş qalaçası, Ərkinaz qalaçası, Zağalı kəndində dünya əhəmiyyətli kurqanlar və daş qəbiristanlıqlar, Zəylik kəndində Alban məbədi, daş qəbiristanlıqları, Əhmədli kəndində türbə, Dardərə kəndində Çalağan qalaçası, Dəstəfur kəndində Gəncə çayı üzərində salınmış körpü, 700 m2 ərazini əhatə edən Alban məbədi və s. abidələr bu gün də rayonun görməli məkanları arasında yer alır.
Daşkəsən rayonunda 81 mədəni-maarif müəssisəsi - 1 incəsənət məktəbi, 1 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 1 rayon Mədəniyyət Mərkəzi, 1 Dövlət Rəsm Qalereyası, 1 Heydər Əliyev Mərkəzi, 1 Tarix-Diyarşünaslıq Muzeyi, 37 kənd kitabxanası, 2 kənd mədəniyyət evi, 31 kənd, 5 qəsəbə klubu və s. fəaliyyət göstərir.
Rayona aid qeyri-maddi mədəni irs nümunələri
- Əsli-Kərəm
- Ət və süd mənşəli yeməklər
- Ətəklik (yaxalıq)
- Əttar
- Əzmə
- Əzrail
- Faxralı xalçası
- Fal
- Fatma ana
- Fayton
- Fərhad və Şirin
- Fəs
- Folklor
- Gəncə qrupu xalçaları
- Gəraylı
- Gərdək bəzəyi
- Gərdəkbaşı
- God (taxıl çəlləyi)
- Gönaşılama
- Göyçək Fatma
- Gözəlləmə
- Güləbətin tikmə
- Gümüş kəmər
- Güyüm
- Halva
- Halva
- Halvaçı
- Hamam
- Hamam işçiləri
- Hamam mədəniyyəti
- Heybə
- Heykəltəraş
- Heykəltəraşlıq
- Heyvanlar haqqında nağıllar
- Hədik
- Həkkak
- Həndəsi ornamentlər
- Həvə və kirkit
- Həvəngdəstə
- Həyət
- Holavarlar
- Humayun
- Hüseyni
- Xalat
- Xalça məmulatları
- Xalçaçılıq sənəti
- Xalçaçılıqda ölçmə və yoxlama vasitələri
- Xalq mahnıları
- Xalq oyunları
- Xamralı
- Xanəgah
- Xatəmkarlıq
- Xəmir xörəkləri
- Xəncər
- Xəngəl
- Xəttat
- Xəttatlıq
- Xıdır Nəbi
- Xirqə
- Xırman nəğmələri
- Xış
- Xızır İlyas
- Xızır Nəbi
- Xovlu xalça
- Xovsuz xalça
- Xuruş
- İçkilər
- İdiofonlu çalğı alətləri
- İlaxır çərşənbə
- İmarət (bəzək dəsti)
- İpək
- İpəkçi nəğmələri