Bərdə
Rayon haqqında məlumat
Bərdə rayonu Kür-Araz ovalığında, dəniz səviyyəsindən 87 metr yüksəklikdə, Qarabağ düzünün mərkəzində yerləşir. Rayon qərbdən Tərtər rayonu, şimaldan Yevlax şəhəri, şimal-şərqdən və şərqdən Ağdaş rayonu, cənub-şərqdən Kür çayı boyunca Zərdab rayonu və cənubdan Ağdam və Ağcabədi rayonları ilə həmsərhəddir. Rayonda 35 inzibati ərazi vahidi və dairəsi var, 67 bələdiyyə fəaliyyət göstərir. Rayonun səthi az meyilli və dalğalı düzənlikdir, antropogen sisteminin çöküntüləri ilə örtülüdür. Gil, çınqıl və qum yataqları var, Muğanlı kəndi yaxınlığında müalicəvi əhəmiyyətə malik təbii bulaq var. İqlimi mülayim isti, quru subtropikdir. Qışı quru keçir, orta temperatur yanvarda 1,2-1,8°C, iyulda 25,6-26,5°C-dir. İllik yağıntı 250-350 mm-dir. Əsasən boz və boz çəmən torpaqları yayılmışdır. Təbii bitki örtüyü quru çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində seyrək Tuqay meşələri (7,3 min hektar), rayon mərkəzindən 3 km məsafədə, Bərdə-Tərtər yolunun sağ tərəfində iki göl, Bərdədən 23 km aralıda isə Ağalı adlanan üçüncü göl vardır. Bərdə-Tərtər yolunda Bərdədən 3 km aralıda qaynar kükürdlü su bulağı – İstisu yerləşir.
Qədim Bərdə şəhəri indiki ərazisindən təqribən 5 kilometr kənarda yerləşmişdir. Tərtər çayının coşğun selləri, xarici basqınlar nəticəsində şəhər bir neçə dəfə yerini dəyişmiş, indiki yerinə XII-XIII əsrlərdən sonra gəlmişdir. Tarixi mənbələrə görə, miladdan öncə V-IV əsrlərdən inkişaf etmiş bu şəhər 1500 il əvvəl Qafqazın ən böyük şəhərlərindən biri olmuşdur. VII-IX əsrlərdə eni və uzunluğu 5-6 km olmuş bu şəhərin ətrafına möhtəşəm qala divarları çəkilmişdir. Dəmirdən böyük darvazaları olan bu qala divarları o dərəcədə möhtəşəm olmuşdur ki, ciddi təhlükələr zamanı nəinki şəhərin öz əhalisi, hətta bütün ətraf ərazinin əhalisi də düşməndən müdafiə olunmaq üçün bura pənah gətirmişlər. Həmin dövrdə Bərdədə 100 mindən çox adam yaşamışdır. Şəhərdə 4 böyük bazar, xüsusi sənətkarlıq məhəllələri, bir neçə hamam və Şərq memarlıq üslubunda tikilmiş çoxlu dini və ictimai binalar mövcud olmuşdur. Həmin dövrdə Bərdədə mövcud olmuş sikkəxanada müxtəlif hökmdarların adına mis, gümüş və qızıl pullar kəsilmişdir. Ticarət yollarının üzərində yerləşən Bərdə IX-XII əsrlərdə nəinki bölgənin inzibati və dini, həm də iqtisadi mərkəzinə çevrilmişdir. Rayon ərazisində hazırda dövlət mühafizəsi altında olan 1322-ci ildə tikilmiş Bərdə türbəsi, VI əsrə aid köhnə şəhər divarlarının (torpaq) qalıqları, XVIII əsrə aid İbrahim məscidi və qəbiristanlıq, Tərtər çayı üzərində VII-IX əsrlərə aid iki körpü, XIV əsrə aid Axsadan baba türbəsi, Güloğlular kəndində XVIII əsrə aid səkkizguşəli türbə kimi tarixi əhəmiyyətli abidələr mövcuddur.
Rayona aid qeyri-maddi mədəni irs nümunələri
- Sayaçı nəğmələri
- Saz
- Sazbənd
- Segah
- Sehrli alma
- Sehrli nağıllar
- Sehrli papaq
- Seydi və Pəri
- Sədəfvurma peşəsi
- Səhəng
- Səməni
- Sənətkarlıq
- Səngqaldırma (daşoynatma)
- Sərnic
- Sərpuş
- Sərrac
- Səyyad və Səadət
- Sığırxana
- Silahsazlıq
- Simli çalğı alətləri
- Simurq quşu
- Simvol və ornamentlər
- Sınama
- Sinəbənd
- Sini
- Sırğa
- Sirr-bilik
- Soltan və Qəndab
- Su çərşənbəsi
- Su əyəsi
- Su nəqliyyatı vasitələri
- Süd məhsulları
- Süfrə
- Süjetli xalça
- Sümükişləmə
- Sünnət toyu
- Sür papaq
- Sürfüllü
- Sürmə
- Sürütmə, xizək (kirşə), əl arabası
- Şah İsmayıl
- Şahzadə Bəhram
- Şal
- Şalbaf
- Şamdan
- Şatır oyunu
- Şenlik
- Şəbəkə sənəti
- Şəbih tamaşaları
- Şəddə
- Şəhər
- Şəhri və Mehri
- Şəxsiyyət
- Şəmşir və Sənubər
- Şərabçı
- Şərbaf
- Şifahi xalq yaradıcılığı
- Şiş papaq
- Şivələr
- Şoraba
- Şorba, işgənə
- Şur
- Şüşə sənəti
- Şüştər
- Tac
- Tahir və Zöhrə
- Taxça
- Taxçaqabağı
- Taxıl quyusu
- Tapmacalar
- Tar
- Tarbəndlik