Ağdam
Rayon haqqında məlumat
Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kv. km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. XVIII əsrin birinci yarısında Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr vermişdir. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilmişdir. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Ağdam rayonunda çoxlu sayda tariximizin şahidi olan mеmarlıq abidələri var. Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yеrləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), Şahbulaq qalası və s. mеmarlıq abidələri bu yurdun qədim Azərbaycan torpağı olduğunu təsdiq еdir.
Rayonun ərazisində keçən əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqatlar zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərmanovun Üçoğlantəpədə apardığı arxeoloji tədqiqatlar zamanı aydın olmuşdur ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni eneolit dövründə yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı eneolit və orta tunc dövrünə aid (e.ə. II minilliyin birinci yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi mədəniyyət abidələri aşkar etmişdir. Buradan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərliktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və zəngin abidələri olan yerlərdən biri olmuşdur. 80-ci illərin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında son tunc və dəmir dövrünə aid (e.ə. XIX-XIII əsrlər) möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Kurqanda aşkar edilən e.ə. XII-XIII əsrlərə aid maddi tapıntılar bu abidənin varlı bir insanın qəbiri olduğundan xəbər verir. Bu isə həmin dövrdə Azərbaycanda ibtidai-icma quruluşunun dağılmasına ən yaxşı əyani sübutdur. Sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başlamışdır. Belə dövlətlərdən biri də Şimali Azərbaycanda yaranmış Albaniya dövləti idi. Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyuca məskunlaşmışlar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir.
Rayona aid qeyri-maddi mədəni irs nümunələri
- Daşişləmə
- Daş-qaş
- Daşyonan
- Dekorativ sənət
- Deyimlər
- Deyişmə
- Dəbilqə
- Dəf
- Dəhrə
- Dəmirçi
- Dəmirçilik
- Dənli və paxlalı
- Dəriişləmə
- Dəryaz
- Dəst xalı-gəbə
- Dəvə nəqliyyatı
- Dəvəçilik təsərrüfatı
- Dəyə
- Dəyirmançı
- Dik hana
- Dingə
- Dini nağıllar
- Dini rəvayətlər
- Dirədöymə
- Div
- Divani
- Diyarşünaslıq
- Dizlik
- Dolça
- Dolma
- Döl bayramı
- Döymə
- Dulusçuluq
- Durma ev (Çovustan)
- Duvaq
- Duz torbası
- Dübəndi
- Dügah
- Dülgər (xarrat)
- Dümbək
- Dünya daşqını
- Dürmək və yaxmaclar
- Düşərgə
- Düymə
- Düzgülər
- Epik janrlar
- Eşmək
- Etnik lətifələr
- Etnoqonik miflər
- Ev
- Əba
- Ədviyyat
- Əfsanələr
- Əjdaha
- "Əjdahalı" xalça
- Əkinçi
- Əkinçilik alətləri
- Əkinçilik təsərrüfatı
- Əmək nəğmələri
- Əmmamə
- Ənbər
- Ənənəvi suvarma
- Ənənəvi taxılçılıq
- Ənlik
- Ənzəli
- Ərdəbil qrupu xalçaları
- Ərğənun
- Əriştə
- Ərsin
- Ət və süd mənşəli yeməklər
- Ətəklik (yaxalıq)
- Əttar