Xaçmaz
Rayon haqqında məlumat
Azərbaycanın dilbər guşələrindən olan, qədim tarixə malik Xaçmaz respublikamızın şimal bölgəsində yerləşən sərhəd rayonlarından biridir. Azərbaycanın qədim yaşayış məskənlərindən olan Xaçmaz rayonu 1930-cu ildə yaradılmışdır. 1963-cü ildə Xaçmaz rayonu ləğv edilib, ərazisi Quba və Qusar rayonlarına verilmişdir. 1995-ci ildə rayon yenidən bərpa edilmişdir. Belə güman olunur ki, Xaçmaz adı vaxtilə bu ərazidə yaşamış və mübariz Hunn qəbilələri birliyinə daxil olmuş xaçmataka (xeçmatek) qəbiləsinin adından əmələ gəlmişdir. Sonralar bu ad dəyişikliyə uğramış, VII əsrin ortalarından başlayaraq ona mənbələrdə Xaçmaz şəklində rast gəlinir. Maraqlıdır ki, VII əsrin ikinci yarısında bu qəbilənin bir hissəsi indiki Oğuz rayonu ərazisinə köçub getmiş və orada Xaçmaz adlı kənd və eyni adlı qala tikmişlər. Eramızdan əvvəl II əsrdə fəaliyyətə başlayan “Böyük İpək yolu” adı ilə tanınan dünya ticarət yolları sisteminin çox işlək qollarından biri də məhz bu ərazidən keçmişdir.
Xaçmaz rayonunun keçmişini və bu gününün öyrənilməsində, onun gələcək nəslə tanıdılmasında mədəni-tarixi müəssisə kimi muzeylərin rolu çox böyükdür. Bu cəhətdən rayonda geniş muzeylər şəbəkəsi yaradılmışdır. Rayonda mövcud muzeylər şəbəkəsinə Heydər Əliyev Mərkəzi və onun Xudat şəhəri və Yalama kəndindəki filialları, Tarix-Diyarşünaslıq Muzeyi, Xalça Muzeyi, Şəxsiyyətlər Muzeyi, Döyüş Şöhrəti Muzeyi, Əziz Əliyev Muzeyi, Rəsm Qalereyası, Xalqla Dostluğu Muzeyi, Zərigə Əliyeva Muzeyi və Bayraq Muzeyi daxildir. Bundan əlavə, rayonda Mərkəzi Kitabxana Sistemi üzrə 65 müəssisə - 1 mərkəzi, 2 şəhər, 1 uşaq, 59 kənd və 2 qəsəbə kitabxana filialı, Heydər Əliyev adına Mədəniyyət Mərkəzi üzrə 50 müəssisə - 1 mərkəz,1 şəhər (Xudat), 3 kənd folklor evləri, 45 klub müəssisəsi fəaliyyət göstərir.
Rayona aid qeyri-maddi mədəni irs nümunələri
- Badış
- Badya
- Bafta
- Baftaçı
- Bağban
- Bağır-beyin
- Bağlama
- Bahadırlıq nağılları
- Baharı
- Balaban
- Balıq yeməkləri
- Balıqçı
- Balıqçılıq təsərrüfatı
- Balış üzü
- Balta
- Baramaçı
- Basma
- Baş bəzəyi
- Baş geyimləri
- Başlıq
- Başmaq
- Başmaqçı
- Bayatı-Qacar
- Bayatılar
- Bayatı-Şiraz
- Bayramlar
- Bayram-mərasim
- Bazubənd
- Belbağı
- Beşik
- Bəhlul Danəndə lətifələri
- Bəhmən və Humay
- Bənna
- Bərbər (dəllək)
- Bəzək və zinət əşyaları
- Bıçaq
- Binə
- Bitki mənşəli yeməklər
- Bitlə birə
- Boğazaltı
- Boxça
- Boyaqçılıq
- Boyun torbası, çiyin ağacı, xərəkə
- Boyunbağı
- Boz ay
- Bozartma/Soyutma/Buğlama
- Börk
- Böyük çillə
- Bulaqüstü tikili
- Bürüncək