Göyçay
Rayon haqqında məlumat
Göyçay rayonu Şirvan düzünün şimal hissəsində, Böyük Qafqaz dağlarının ətəklərində yerləşir. Rayon kimi 1930-cu ildə təşkil edilmişdir. Ərazisi 736 km2, əhalisi 118 271 nəfərdir. Rayon şimal-şərqdən İsmayıllı, cənub-şərqdən Kürdəmir, cənubdan Ucar, qərbdən Ağdaş rayonu ilə həmsərhəddir. Göyçay rayonunun adı rayonun ərazisindən keçən çayın adından götürülmüşdür. Göyçay ərazisində 55 kənd yaşayış məntəqəsi vardır. Bığır, Qarabaqqal, Ərəbcəbirli kəndləri mənbələrdə XVIII əsrə aid karvan yolunun dayanacağı kimi qeyd edilir.
Rayonun ilkin arxeoloji tapıntıları IV-VII əsrlərə aid tunc, qızıl və gümüşdən hazırlanmış bəzək əşyalarından və VIII əsrə aid gümüş pullardan ibarətdir. Həmin mədəniyyət qalıqları 1973-cü ildə II Ərəbcəbirli kəndində qəbiristanlıqdan toplanmışdır. İkinci tapıntı 1976-cı ildə Aşağı Qaraməryəm kəndi yaxınlığında su anbarı tikintisi zamanı qeydə alınmışdır. Burada küp, küp qırıqları, kasa qırıntıları, insan fiqurları b.e.ə. II-I və b.e. I əsrdə bu ərazidə yaşamış əkinçi tayfaların ideoloji təsəvvürləri ilə əlaqələndirilir.
Rayonda ilk orta məktəb 1867-ci ildə açılmışdır. 1885-ci ildə Məlikkənd, daha sonra Alpoud kənd orta məktəbləri açılmışdır. Rayonun ilk qəzeti 1930-cu ildə “Pambıqçı” adı ilə nəşr edilmişdir. Sonralar “Qalibiyyət bayrağı”, “Yeni həyat”, Göyçay” adlı qəzetlər çıxarılmışdır. Qulu Məmmədov, Nəriman Zeynalov, Oqtay Cəfərov, Rafiq İslamov, Aydın Kərimov, Tofiq Həsənov kimi jurnalistlər respublika mətbuatında Göyçayı təmsil etmişlər. Rayonda 1930-cu ildən sonra güclü idmançılar nəsli yetişmişdir: Eldar Pəhləvan, Çingiz Pəhləvan, Əlibaba Pəhləvan, Rafiq Pəhləvan, şahmatçı Fənarə Babayeva, Məhəmməd Zülfüqarlı kimi idmançılar rayonun fəxri nümayəndələrindəndir.
Müasir Göyçay gündən-günə çiçəklənir. Ərazisində yeni yaşayış, orta məktəb binaları, Heydər Əliyev adına mərkəz, R.Rza adına muzey, Tarix diyarşunaslıq muzeyi, Olimpiya idman kompleksi, Mədəniyyət evi, Mərkəzi kitabxana, Musiqi məktəbi, Uşaq Yaradıcılıq birliyi, Məşğulluq idarəsi, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci, Peşə liseyi, həmçinin 11 mədəniyyət evi, 18 kənd klubu, 50 kitabxana, Heydər Əliyev Muzeyi, Tarix-Diyarşünaslıq muzeyi, xalq şairi R.Rzanın ev muzeyi, Uşaq Musiqi məktəbi fəaliyyət göstərir.
Rayona aid qeyri-maddi mədəni irs nümunələri
- Daxma (qazma) ev
- Daraq qabı
- Darbalaq
- Daş üzərində oyma
- Daşişləmə
- Daş-qaş
- Daşyonan
- Dekorativ sənət
- Deyimlər
- Deyişmə
- Dəbilqə
- Dəf
- Dəhrə
- Dəmirçi
- Dəmirçilik
- Dənli və paxlalı
- Dəriişləmə
- Dəryaz
- Dəst xalı-gəbə
- Dəvəçilik təsərrüfatı
- Dəyə
- Dəyirmançı
- Dingə
- Dini nağıllar
- Dini rəvayətlər
- Dirədöymə
- Div
- Divani
- Diyarşünaslıq
- Dizlik
- Dolça
- Dolma
- Döl bayramı
- Döymə
- Dulusçu
- Dulusçuluq
- Durma ev (Çovustan)
- Duvaq
- Duz torbası
- Dübəndi
- Dügah
- Dülgər (xarrat)
- Dümbək
- Dünya daşqını
- Dürmək və yaxmaclar
- Düşərgə
- Düymə
- Düzgülər