Abşeron
Şəhər haqqında məlumat
Abşeron rayonu Azərbaycan Respublikasının ən iri sənaye və kənd təsərrüfatı rayonlarından biridir. Abşeron rayonunun ərazisi 1966,1 kv km-dir. Qeydiyyatda olan əhalinin sayı 01.01.2016-ci il tarixə 208,2 min nəfər, icra hakimiyyətinin araşdırmalarına əsasən isə 350 min nəfərdən artıqdır.
Rayonun məşğul əhalinin əsas hissəsi heyvandarlıqla, rayonda, Bakı və Sumqayıt şəhərində fəaliyyət göstərən istehsal müəssisələrində digər istehsal, ticarət, ictimai iaşə, хidmət sahələrində çalışır və fərdi əməklə məşğul olurlar. Abşeron rayonu 15 inzibati ərazi dairəsindən (Хırdalan şəhəri, Saray, Mehdiabad, Ceyranbatan, Qobu, Güzdək, Hökməli, Digah, Aşağı Güzdək qəsəbələri və Məmmədli, Novхanı, Masazır, Fatmayı, Görədil Pirəkəşkül-Qobustan kəndlərindən) ibarətdir.
Abşeron rayonunun ərazisində 64 idarə və müəssisə, 11 bank filialı, 2 rabitə müəssisəsi, 3 mehmanхana və otel fəaliyyət göstərir. Hazırda rayon üzrə məşğul əhalinin sayı 123637 nəfərdir. O, cümlədən sənayedə çalışanların sayı 4120 nəfər, tikintidə 3271 büdcə təşkilatlarında 10326 nəfər, təhsildə 4121 nəfər, səhiyyədə 1020 nəfər digər sahələrdə 105920 nəfərdir.
Şəhərə aid qeyri-maddi mədəni irs nümunələri
- Tac
- Taxça
- Taxçaqabağı
- Taxıl quyusu
- Tapmacalar
- Tar
- Tarbəndlik
- Tarixi şəxsiyyətlər haqqında rəvayətlər
- Tava
- Telli sazım
- Təbriz qrupu xalçaları
- Təcnis
- Təkəlduz tikmə
- Təqvim mifləri
- Təndir
- Təndirxana
- Təsək
- Təsərrüfat məişəti
- Təsnif
- Təsniflər
- Təsviri sənət
- Tətbiqi sənət
- Tikinti mədəniyyəti
- Tikmə sənəti
- Toxucu
- Toxucu nəğmələri
- Toxuculuq
- Toxuculuq dəzgah və alətləri
- Toqqa
- Toponimik əfsanələr
- Toppuz
- Toy mərasimi
- Toy nəğmələri
- Tökməçilik peşəsi
- Tulum
- Tuman
- Türbə
- Türkəçarə
- Tütək