AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Aşıq Yanvar

Yanvar Piralı oğlu Bədəlov 1942-ci il fevralın 2-də İsmayıllı rayonunun Tircan kəndində anadan olub. Hələ orta məktəbdə oxuyarkən qonşu Kəlfərəc kəndində yaşayan Aşıq Şamildən aşıq sənətinin sirlərini öyrənib. Orta məktəbi bitirəndən sonra Bakı Mədəni-Maarif Texnikumunda təhsilini davam etdirib. 1963-cü ildə respublika festivalının iştirakçısı olub və II dərəcəli diploma layiq görülüb.

Bu gün Şirvan aşıq mühitinin ustad aşığı kimi tanınan Yanvar Bədəlov respublikamızda keçirilən folklor və aşıq festivallarında, ictimai tədbirlərdə yaxından iştirak edir. Dəfələrlə Azərbaycan mədəniyyətini xarici ölkələrdə ləyaqətlə təmsil edib. Son onilliklərdə aşıq sənətinin inkişafında özünəməxsus xidmətləri ilə seçilən ustad aşıq, gənclərin bu sənətə yiyələnməsinə də böyük əmək sərf edir.

1970-ci ildə Tircan kəndində açılmış mədəniyyət evinin müdiri təyin olunan Yanvar Bədəlov uzun müddət bu vəzifədə uğurla fəaliyyət göstərib.

Respublika miqyasında keçirilən müxtəlif baxış və müsabiqələrdə iştirak edən, bir sıra diplom və fəxri fərmanlara layiq görülən Aşıq Yanvar 2004-cü ildə “Respublika aşıqları” müsabiqəsinin “Şirvan aşıq sənətkarları” nominasiyası üzrə qızıl medalla təltif olunub. 2016-cı il sentyabrın 19-da Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Əlaqəli nümunələr

Günün nümunəsi

Parça toxuculuğu

Azərbaycanda tarixən parça (kətan, qumaş, yun, ipək) istehsalının şalbaflıq, kətançılıq, bəzzazlıq və şərbaflıq kimi 4 sahəsi yaranmışdı. Bu sahələrin bir qisminin daxilində məmulat növləri üzrə dar ixtisaslaşma baş vermişdi. Məsələn, ipək parçanın istehsalı keci və xam ipək toxuculuğu kimi iki fərqli istiqamətdə inkişaf etmişdi. İpəkçilik təsərrüfatı erkən orta əsrlərdən təşəkkül tapd...

Ətraflı