AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Misgər Taleh Ağayev

Masallı rayonunun Boradigah qəsəbə sakini Taleh Ağayev ölkəmizin cənub bölgəsində qədim xalq sənəti olan misgərliyi yaşadan yeganə ustadır. Onun balaca emalatxanasında misdən hazırlanmış müxtəlif məişət və bəzək əşyaları, suvenirlər göz oxşayır. Bura sanki kiçik bir muzeyi xatırladır.
 
Taleh Ağayev Azərbaycanda misgərlik sənətinin daha çox inkişaf etdiyi İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. 50 il əvvəl ailəsi Masallıya köçüb. O, uşaq yaşlarından Masallının Boradigah qəsəbəsində misgərliklə məşğul olan atası usta Nurəddinə kömək edib. Atası dünyasını dəyişdikdən sora dörd qardaş bu sənəti yaşadıblar. Hazırda atasının yolunu təkcə T.Ağayev davam etdirir.
 
O, misdən müxtəlif məişət əşyaları hazırlamaqla bərabər, onların təmiri ilə də məşğul olur. 35 ildir misgərliklə məşğul olan usta əvvəlcə xəyalında canlandırdığı hər hansı bir təsvirin eskizini misin üzərində çəkir, sonra isə çəkiclə döyərək onu gözəl sənət əsərinə çevirir.
 
Rayonda bu sənəti inkişaf etdirmək, öz ailə biznesini genişləndirmək üçün Taleh Ağayev Masallı şəhərindəki “ASAN həyat” kompleksində yerləşən “ABAD” publik hüquqi şəxsin 1 saylı Regional Mərkəzinin xidmətlərindən də yararlanır: “Masallıdakı “ABAD” Mərkəzinin vasitəçiliyi ilə misdən hazırladığım suvenirlər “ABAD”ın mağazalarında satılır.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı