AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Misgər Kəlbəmi Əliyev

Misgər Kəlbəmi Əliyev Lahıcın ən məşhur sənətkarlarındandır. Onun misdən hazırladığı məişət əşyaları zərifliyi və gözəlliyi ilə seçilən əsl sənət nümunələridir. Onların arasında samovarın xüsusi yeri var. Əlbəttə, mis qazan, sərnic, ləyən, qara çıraq, sərpuc (bişmiş xörəyi isti saxlamaq üçün istifadə olunur), kofe qabları, nəqqaşlıq nümunələri də öz forma və zərif naxışları ilə nəinki yerli, müxtəlif ölkələrdən gələn turistlərdə də böyük maraq doğurur.
 
Kəlbəm ustanın atası Hacı Nağı Əliyev də vaxtilə Lahıcda tanınan və seçilən misgərlərdən olub. O, bu sənətin incəliklərini məhz ondan öyrənib. Ata-babadan miras qalmış bu peşəni o da övladlarına həvəslə öyrədir. Onun övladları – 23 yaşlı Ağakişi və 25 yaşlı Bilal artıq misgərliyin incəliklərinə yiyələniblər.
 
Lahıca təbii qazın verilməsi münasibətilə yandırılan 2 metrlik, gözəl naxışlarla bəzədilən rəmzi məşəli məhz Kəlbəmi usta hazırlayıb. Əsl sənət nümunəsi olan həmin rəmzi məşəl hazırda Bakıda “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasının birinci mərtəbəsinin foyesini bəzəyir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı