AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ailə Biznesinə Asan Dəstək (ABAD)

“ABAD” – Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində yaradılıb.
 
Qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.
 
“ABAD” mərkəzləri tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri həyata keçirilir.
 
“ABAD” mərkəzləri ailə təsərrüfatlarına biznes-planlaşdırma, marketinq, təlimlər, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım və ən əsası, satışın təşkili ilə və avadanlıq ilə təmin edir. İstehsal olunmuş məhsulların “bir pəncərə” prinsipi üzrə sertifikatlaşdırılması, logistika işinin və satışların təşkili “ABAD” tərəfindən həyata keçirilir. Layihə çərçivəsində istehsal olunmuş məhsulların üzərində istehsalçı ailənin brendi ilə yanaşı, məhsulun “ABAD”ın nəzarəti altında hazırlandığını göstərən müvafiq nişan yerləşdirilir.
 
Qida məhsulları sahəsində ABADçılar tərəfindən istehsal olunmuş məhsulların satışı məqsədi ilə Bravo” hipermarketlərində “ABAD” bakaleyalar yaradılıb.
 
Dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində çalışan ailərə dəstək çərçivəsində isə Respublikanın müxtəlif yerlərində “ABAD” etno-butikləri fəaliyyət göstərir. Burda təqdim olunan suvenirlərin böyük əksəriyyəti Azərbaycan mədəniyyətinə xas olan sənət nümünələridir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Çarıqçı

Çarıq bir ayaqqabı növü kimi qədimdən əhalinin geyiminə daxil idi. Bu baxımdan çarıqçılıq peşəsinin tarixi digər ayaqqabı növləri üzrə ixtisaslaşmış (çəkməçi, çustçu və s.) peşələrlə müqayisədə daha qədimdir. Çarığın geniş yayılmasının səbəbi bu ayaqqabı növünün kifayət qədər ucuz, çox sadə ölçü və biçimli olması idi. Hər bir kəndli özü asan başa gələn çarıq tiksə də, kəndlərdə 3-5 nə...

Ətraflı