AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ağcabədi rayon Mədəniyyət Mərkəzi

Mərkəz və onun filialları fəaliyyətlərini qeyri-maddi mədəni irsin qorunması, təbliği və inkişafı istiqamətində qurmuşlar. 2012-ci ilə qədər Mədəniyyət evi, 2012-ci ildən sonra isə Mədəniyyət Mərkəzi adı altında fəaliyyət göstərir. Mərkəzin binası 1961-ci ildə tikilmişdir. 2008-ci ildə əsaslı təmir edilmiş, 2009-cu ilin fevralında isə istifadəyə verilmişdir. Mərkəzinin nəzdində 36 klub müəssisəsi (14-ü profilləşmiş), mədəniyyət və klub filialları (xalq sənətkarlığı, diyarşünaslıq, folklor, sənətkarlıq klubları) fəaliyyət göstərir. Mədəniyyət və klub filiallarında tar, qarmon, tikiş, toxuculuq, rəqs, sənətkarlıq, oyma və rəssamlıq dərnəkləri, bədii-özfəaliyyət kollektivləri fəaliyyət göstərir. Mədəniyyət Mərkəzinin tabeçiliyində olan mədəniyyət evi və klub filiallarında 126 işçi çalışır. Mərkəzin ümumi sahəsi 1559 kv. m-dir. Mərkəz zal (304 yerlik), səhnə, foye, direktor otağı, qrim otağı, bədii rəhbər otağı, dərnək otağı, metodik otaq, qarderob və texniki otaqdan ibarətdir.
 
Mədəniyyət Mərkəzi Ağcabədi rayonunda keçirilən bütün mədəni-kütləvi tədbirlərin, bayram konsertlərinin, əlamətdar günlərin, ədəbi-bədii gecələrin, rayon ərazisində yerləşən hərbi hissələrdə əsgər və zabitlərlə görüşlərin hazırlanması və keçirilməsində yaxından iştirak edir. Mərkəzdə ayda iki dəfə “Ələk” ədəbi şeir məclisi üzvlərinin görüşləri təşkil edilir. Mərkəzin nəzdində 14 nəfərdən ibarət dram dərnəyi də fəaliyyət göstərir. Habelə, Mədəniyyət Mərkəzində hər ay seminar-məşğələlər təşkil olunur.

Əlaqəli nümunələr

Günün nümunəsi

Əkinçilik təsərrüfatı

Tarixən Azərbaycanın dağətəyi və düzən ərazilərində suvarma əkinçiliyi, dağlıq ərazilərdə isə dəmyə əkinçiliyi geniş yayılmışdır. Əsasən suvarma əkinçiliyi ilə bağlı olan, bir-birindən fərqli “çala”, “tala”, “dincəqoyma”, “herik”, “toxumdəyişmə” və s. əkinçilik sistemləri mövcud olmuşdur. Əkinçilik sistemləri yüksək əkinçilik mədəniyyətinin nəticəsi olmaqla yanaşı, xalq əkinçilik texni...

Ətraflı