Ağdam rayon Mədəniyyət Mərkəzi
Ağdam rayon Mədəniyyət Mərkəzi 1952-ci ildə Ağdam şəhərində yaranıb, 1993-cü ildə rayon işğal olunduqdan sonra Quzanlı qəsəbə Mədəniyyət evinin binasında fəaliyyət göstərir. Bina 2 mərtəbədən ibarətdir, 300 nəfərlik zalı vardır. Mərkəzin tabeliyində 28 klub müəssisəsi - 13 mədəniyyət evi,15 klub fəaliyyət göstərir. Bu klub müəssisələrində 168 işçi çalışır.