Ağcabədi rayon Mədəniyyət Mərkəzi
Mərkəz və onun filialları fəaliyyətlərini qeyri-maddi mədəni irsin qorunması, təbliği və inkişafı istiqamətində qurmuşlar. 2012-ci ilə qədər Mədəniyyət evi, 2012-ci ildən sonra isə Mədəniyyət Mərkəzi adı altında fəaliyyət göstərir. Mərkəzin binası 1961-ci ildə tikilmişdir. 2008-ci ildə əsaslı təmir edilmiş, 2009-cu ilin fevralında isə istifadəyə verilmişdir. Mərkəzinin nəzdində 36 klub müəssisəsi (14-ü profilləşmiş), mədəniyyət və klub filialları (xalq sənətkarlığı, diyarşünaslıq, folklor, sənətkarlıq klubları) fəaliyyət göstərir. Mədəniyyət və klub filiallarında tar, qarmon, tikiş, toxuculuq, rəqs, sənətkarlıq, oyma və rəssamlıq dərnəkləri, bədii-özfəaliyyət kollektivləri fəaliyyət göstərir. Mədəniyyət Mərkəzinin tabeçiliyində olan mədəniyyət evi və klub filiallarında 126 işçi çalışır. Mərkəzin ümumi sahəsi 1559 kv. m-dir. Mərkəz zal (304 yerlik), səhnə, foye, direktor otağı, qrim otağı, bədii rəhbər otağı, dərnək otağı, metodik otaq, qarderob və texniki otaqdan ibarətdir.
Mədəniyyət Mərkəzi Ağcabədi rayonunda keçirilən bütün mədəni-kütləvi tədbirlərin, bayram konsertlərinin, əlamətdar günlərin, ədəbi-bədii gecələrin, rayon ərazisində yerləşən hərbi hissələrdə əsgər və zabitlərlə görüşlərin hazırlanması və keçirilməsində yaxından iştirak edir. Mərkəzdə ayda iki dəfə “Ələk” ədəbi şeir məclisi üzvlərinin görüşləri təşkil edilir. Mərkəzin nəzdində 14 nəfərdən ibarət dram dərnəyi də fəaliyyət göstərir. Habelə, Mədəniyyət Mərkəzində hər ay seminar-məşğələlər təşkil olunur.