AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Mel" xalq kollektivi

“Mel” ləzgi xalq kollektivi 1978-ci ildən fəaliyyət göstərir. Qusar rayonu Hil kəndinin Mədəniyyət evi nəzdində yaradılan kollektiv yerli əhalinin qədim iməcilik adəti olan melin təbliği ilə məşğuldur. Kollektivin repertuarında qədim ləzgi xalq mahnı və rəqsləri, adət-ənənələr, ləzgi xalq bayatıları (məlilər) əsas yer tutur.

Kollektiv 1979-cu ildə respublika festivalında üçüncü yerə, bir il sonra isə mədəni-maarif müəssisələrinin fəaliyyətinə ictimai baxışın yekunlarına görə Respublika Mədəniyyət Nazirliyinin keçici Qırmızı bayrağına və pul mükafatına layiq görülüb. 1987-ci ildə keçirilən II Respublika festivalının laureatı olmuş kollektivə həmin il “Xalq kollektivi” adı verilib.
 
Kollektiv 14 nəfərdən ibarətdir. Kollektivin rəhbəri Ümid Babayevdir. Kollektiv Sumqayıt, Bakı və Mahaçqala şəhərlərində çıxış etmiş, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diplomlarla təltif olunmuşdur.

Əlaqəli nümunələr

Günün nümunəsi

Balıqçı

Azərbaycanda Xəzər dənizinin cənub-qərb sahili və oraya tökülən Kür və Araz çayları kimi iri və xırda çaylar balıqçılığın inkişafı üçün əlverişli şərait yaratmışdır. Balıqçılıq Azərbaycanda Daş dövründən əhalinin iqtisadi həyatının aparıcı təsərrüfat sahəsi olmuş, lakin sonrakı tarixi minilliklərdə bu sahə aparıcı rolunu itirərək yardımçı təsərrüfat sahəsinə çevrilmişdir. Qədim zama...

Ətraflı