AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Aşıq Ulduz

Ulduz Əsgər qızı Quliyeva 1945-ci il iyun ayının 16-da Gədəbəy rayonunun Kərimli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı şəhərinə gələrək Asəf Zeynallı adına Musiqi məktəbinin Muğam sinfinə daxil olub.

1964-1971-ci illərdə Sumqayıt şəhər Mədəniyyət evində xalq çalğı alətləri ansamblının bədii rəhbəri kimi fəaliyyət göstərən Ulduz Quliyeva sonra Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışıb. Səkkiz il isə “Lalə” qızlar ansamblında solist kimi fəaliyyət göstərib.

2000-ci ilin martında Ədliyyə Nazirliyində qeydiyyatdan keçən “Ulduz” Birliyinin yaradıcısı və rəhbəri, “Qopuz” jurnalının təsisçisi və baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğul olaraq aşıq sənətinin sirlərini gənclərə öyrədir.

Ulduz Quliyeva Azərbaycan aşıqlarının 1984-cü il martın 19-da keçirilən IV və 2008-ci ilin avqustunda keçirilən V qurultaylarında iştirak edib. 

Aşıqlıqla yanaşı həm də bədii yaradıcılıqla məşğul olan Ulduz xanım 4 şeir kitabının müəllifidir. Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun nəşrə hazırladığı “Ulduz Sönməz: Mən belə yaşadım” adlı kitab isə Aşıq Ulduz Quliyevanın həyat və sənət yoluna həsr olunub.

Ulduz Quliyeva “Əməkdar incəsənət işçisi” adına layiq görülüb, Prezidentin fərdi təqaüdçüsüdür.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı