AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Aşıq Cahangir

Cahangir Sənan oğlu Quliyev 1960-cı il aprelin 4-də Gədəbəy rayonunun Çayrəssulu kəndində anadan olub. 1967-ci ildə həmin kənddə 1-ci sinfə gedib, 1975-ci ildə 8-ci sinfi bitirdikdən sonra təhsilini Sumqayıt şəhərində texniki-peşə məktəbində davam etdirib.

Sənətdə ilk ustadı atası aşıq Sənan Quliyev olub. XX əsrin çox böyük ustad aşıqlarından olan aşıq Kamandar Əfəndiyevdən, eləcə də, aşıq Mahmud Məmmədovdan sənət dərsi alıb. Azərbaycan aşıqlarının IV və V qurultaylarının iştirakçısı olub, respublikamızda keçirilən dövlət tədbirlərində və aşıq festivallarında iştirak edib. Dəfələrlə Rusiya, Türkiyə, İran və Gürcüstanda Azərbaycan mədəniyyətini layiqincə təmsil edib. Onun ifasından beş dastan lentə alınıb.

2015-ci ilin dekabrında Respublika Mədəniyyət və Turizm Nazirliyi və Aşıqlar Birliyi tərəfindən 55 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

Aşıq sənətinin dərin bilicisi olan və ustad aşıq kimi tanınan Cahangir Quliyev həm də bu sənəti böyük həvəslə gənclərə öyrədir, bir neçə şagirdi var. Bədii yaradıcılıqla da məşğul olan Aşıq Cahangirin bir kitabı işıq üzü görüb. Tədbirlərdə uğurlu çıxışlarına görə medal və Fəxri Fərmanlarla təltif olunub. Hazırda Bakı şəhərində yaşayaraq fəaliyyətini davam etdirir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı