AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Astara rayon Mədəniyyət Mərkəzi

Astara rayon Mədəniyyət Mərkəzi ötən əsrin 60-cı illərində tikilmiş, əhalinin asudə vaxtının təşkili üçün münasib şəraiti, 240 yerlik tamaşa zalı olan ikimərtəbəli binada fəaliyyət göstərir. Mərkəz özündə diyarşünaslıq üzrə 19, folklor üzrə 20, sənətkarlıq üzrə 1 profilləşmiş klub tipli mədəniyyət müəssisələrini birləşdirir ki, bunlar da profilinə uyğun olaraq qeyri-maddi mədəni irsimizin inkişafı sahəsində tədbirlər həyata keçirir.
 
Mərkəzdə fəaliyyət göstərən “Sevinc” xalq kollektivi Rusiya və Türkiyədə keçirilmiş festivallarda, “Coşqun”, “Bənövşə”, “Cənub” rəqs kollektivləri rayonun mədəni-kütləvi tədbirlərində, hərbi hissələrdə, sərhəd zastavalarında maraqlı proqramlarla çıxış etmiş, qiymətli hədiyyələr və fəxri fərmanlarla mükafatlandırılmışlar. Mərkəzdə Böyük Vətən Müharibəsində misilsiz rəşadət göstərmiş şəxsiyyətlərin, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun, Mirzə Cəbiyevin, İlya Kaverinin, tibb elmləri doktoru Miri Cavadzadənin, professor Sudiyef İmamverdiyevin, bəstəkar Oqtay Kazıminin, xalq artisti, xanəndə Canəli Əkbərovun, M.F.Axundov adına Opera və Balet teatrının solisti, əməkdar artist, prezident təqaüdçüsü Adil Məlikovun, əməkdar rəssam Fərman Qulamovun yubiley tədbirləri keçirilmişdir.
 
1996-2012-ci illərdə rayonda keçirilən “İstedad sorağında” ümumrayon incəsənət festivalları, 2005-ci ildə Azsaylı Xalqların Folklor Festivalı, uşaq muğam ifaçılarının respublika müsabiqələri, rayona gəlmiş teatr və konsert kollektivlərinin çıxışları Mərkəzin binasında keçirilmişdir. Mərkəzdə yaradılmış “Cırtdan” kukla teatrı tərəfindən hazırlanmış maraqlı nağıl-tamaşalar rayon məktəblərində, baxçalarda uşaqlar tərəfindən böyük maraqla qarşılanmışdır.
 
Astara rayon Mədəniyyət Mərkəzində diyarşünaslıq profilinə uyğun olaraq yaradılmış “Milli mətbəximiz” maraq klubunda milli yeməklərimiz və onların hazırlanması barədə klub üzvlərinə geniş məlumatlar verilir, keçirilən tədbirlərdə Azərbaycanın özünəməxsusluğu ilə fərqlənən mətbəx mədəniyyəti təbliğ edilir.
 
Mədəniyyət Mərkəzinin filial müəssisələrində fəaliyyət göstərən “Həvəskar gülçülük birlikləri”nin üzvləri tərəfindən müxtəlif növ güllər becərilir. “Taxta üzərində oyma” dərnəyi üzvləri tərəfindən hazırlanmış bəzək əşyaları rayonumuzda keçirilən mədəni-kütləvi tədbirlərdə nümayiş etdirilmişdir. Uzun müddət rayon mədəniyyət mərkəzində fəaliyyət göstərən “Tikmə-biçmə” dərnəyində milli paltarlar tikilir, dərnək üzvlərinə müxtəlif tikişlər və paltarın biçilmə qaydaları öyrədilir. Dərnək üzvlərinin hazırladığı milli geyimlərdən ibarət sərgilər təşkil edilmişdir. Rayonun sənətkarlıq evlərində rəssamlıq dərnəyinin üzvlərinin çəkdiyi rəsmlər müxtəlif sərgilərdə sərgilənir. Rayona gələn turistlərin asudə vaxtının təşkili üçün rayonun dənizkənarı park-bulvarında və turizm məkanlarında müxtəlif sərgilər təşkil olunmaqla mütəmadi tədbirlər keçirilir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı