AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Aşıq Cabbar

Cabbar Qasım oğlu Cab­barov 1950-ci il avqust ayının 20-də Laçın rayo­nu­nun Ağbulaq kəndində anadan olub. 1957-ci ildə Ağbulaq kənd ibtidai məktəbinə daxil olub, 1967-ci ildə qonşu Minkənd kənd orta məktəbini bitirib. 1969-cu ildə APİ-nin (indiki ADPU-nun) coğrafiya fakültəsinə daxil olub. 1973-cü ildə təhsilini başa vurduqdan sonra Ağbulaq kəndindəki səkkizillik məktəbdə pedaqoji fəaliyyətə başlayıb. 1975-ci ildə həmin məktəbin direktoru vəzifəsinə təyin olunub.

Pedaqoji fəaliyyətlə yanaşı, aşıqlıq sənətinin sirlərini öyrənən, el şənliklərində sazı, sözü ilə iştirak edən Cabbar müəllim müxtəlif müsabiqələrdə, festivallarda iştirak edib. 1972-ci ildə respublika üzrə keçirilən “Oxu tar” festivalının qalibi olub. Laçında “İşıqlı” aşıqlar ansamblını yaradıb və bədii rəhbəri olub. Onun rəhbərliyi altında bu ansambl respublika miqyasında tanınıb, müxtəlif tədbirlərdə, festivallarda iştirak edərək uğur qazanıb, mükafatlara layiq görülüb.

1975-1977-ci illərdə keçirilən zəhmətkeşlərin Ümumittifaq bədii özfəaliyyət yaradıcılıq festivalının laureatı kimi diplom və medalla təltif edilib, özfəaliyyət kollektivləri arasında fərqləndiyinə görə 1976-cı ilin aprel ayında Ali Məktəb və Elmi İdarə İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin fəxri fərma­nına layiq görülüb. Gənc aşıqların 1978-ci ildə keçirilən II və 1979-cu ildə keçirilən III Respublika baxış-müsabiqələrində rəhbərlik etdiyi Laçın rayon “İşıqlı” aşıqlar ansamblı respublika üzrə qaliblər sırasına çıxdığına görə, Mədəniyyət Nazirliyinin diplomu, fəxri fərman­ları və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

Hələ gənclik illərindən müəllim kimi gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həvəsi olanlara aşıq sənətinin sirlərini, incəliklərini də öyrədib. Bu gün onun yetirmələrinin sayı 50-dən çoxdur. Bədii yaradıcılıqla məşğul olan Aşıq Cabbar həm də sazbənd kimi tanınır.

2010-cu il dekabrın 26-da Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Aşıq Cabbarın anadan olmasının 60 illik yubileyi yüksək səviyyədə qeyd olunub. Yubilyara Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Laçın rayon İcra Hakimiyyəti və rayon Təhsil şöbəsinin rəhbərliyi tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.

2014-cü ildə Aşıq Cabbarın yaradıcılığı daha bir yüksək mükafatla qiymətləndirilib – Azərbaycan Respublikasının “Fəxri mədəniyyət işçisi” medalı ilə təltif olunub.

Əlaqəli nümunələr

Günün nümunəsi

Əkinçilik təsərrüfatı

Tarixən Azərbaycanın dağətəyi və düzən ərazilərində suvarma əkinçiliyi, dağlıq ərazilərdə isə dəmyə əkinçiliyi geniş yayılmışdır. Əsasən suvarma əkinçiliyi ilə bağlı olan, bir-birindən fərqli “çala”, “tala”, “dincəqoyma”, “herik”, “toxumdəyişmə” və s. əkinçilik sistemləri mövcud olmuşdur. Əkinçilik sistemləri yüksək əkinçilik mədəniyyətinin nəticəsi olmaqla yanaşı, xalq əkinçilik texni...

Ətraflı