Toxuculuq alətləri və dəzgahlarına dair altı nümunənin məlumat bazası formalaşdırılıb
Avqust 17, 2020 17:41
Azərbaycan Qeyri-maddi Mədəni İrs Nümunələri Dövlət Reyestrinin siyahısında yer alan dik hana, həsir dəzgahı, mahud dəzgahı, şal dəzgahı, yer hanası və yezdimo dəzgahının məlumat bazası formalaşdırılıb. Məlumat bazasına nümunəyə dair xülasə, elmi ədəbiyyat, nümunənin pasportu, yayılma coğrafiyası haqqında məlumatlar daxildir. Nümunələrin xülasələri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyev tərəfindən hazırlanıb.
Həmin nümunələrlə aşağıdakı linklərdən tanış olmaq olar:
Həsir dəzgahı – http://intangible.az/front/az/aboutExample/22072
Mahud dəzgahı – http://intangible.az/front/az/aboutExample/22074
Şal dəzgahı – http://intangible.az/front/az/aboutExample/20608
Yer hanası – http://intangible.az/front/az/aboutExample/20550
Yezdimo dəzgahı – http://intangible.az/front/az/aboutExample/22075
Son fayllarla bilikdə Qeyri-maddi Mədəni İrs Nümunələri Dövlət Reyestrinin elektron portalına daxil edilmiş nümunələrin sayı 768-ə çatmışdır. Bundan əlavə, portala bu nümunələri yaşadan 168 daşıyıcı və 66 təşkilat haqqında məlumat da daxil edilmişdir.