AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Aşıq Tərmeyxan

Tərmeyxan Sədi oğlu Qurbanov 1959-cu il martın 4-də Gürcüstanın Marneuli rayonunun Qasımlı kəndində dünyaya gəlib. Orta təhsilini də burada alıb. Sonradan Bakı şəhərinə köçərək burada yaşayıb fəaliyyət göstərib. Dünyaya gəldiyi ocaq saza-sözə bağlı olduğuna görə, Tərmeyxan da bu sənətə meyl edib. Atası Sədi, əmisi aşıq Nurəddin Qasımlı ona çox böyük örnək olublar.

Borçalı aşıq ənənələrinin layiqli davamçılarından olan Aşıq Tərmeyxan gözəl təbi, məlahətli səsi, güclü yaddaşı ilə fərqlənir. O, həm də bədii yaradıcılıqla məşğul olur, aşıq şeirinin bütün şəkillərində şeirlər yazır. Tez-tez müxtəlif səviyyəli dövlət tədbirlərində çıxış edir. Dəfələrlə xarici ölkələrdə bu sənəti ləyaqətlə təmsil etmişdir.

Hazırda Bakıda yaşayıb fəaliyyət göstərir. Sənətin sirlərini gənclərə də öyrədir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı