AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Aşıq Gülarə Azaflı

Gülarə Mikayıl qızı Zeynalova 1959-cu il martın 21-də Tovuz rayonunun Azaflı kəndində görkəmli aşıq Mikayıl Azaflının ailəsində anadan olub. 1976-cı ildə orta məktəbi, 1983-cü ildə Tovuz Kənd Təsərrüfatı Texnikumunu bitirib. Aşıq sənətinə uşaqlıqdan bağlanıb. 1983-1994-cü illərdə Gəncə Pedaqoji İnstitutunun nəzdindəki “Çeşmə” folklor ansamblının bədii rəhbəri kimi fəaliyyət göstərib. 1985-ci ildə Gəncə səhərində keçirilən gənc ozanların III Ümumittifaq festivalının laureatı olub. “Aşıq Pəri Məclisi”nin həm təsisçisi, həm də ilk üzvlərindəndir. 2000-ci ildən 2013-cü ilədək bu məclisə rəhbərlik edib.

Azərbaycanın bütün bölgələrində, cəbhə xəttində, MDB ölkələrində müxtəlif tədbir və festivallarda iştirak edərək fəxri diplomlara layiq görülüb. Eyni zamanda bir sıra xarici ölkələrdə Azərbaycan mədəniyyətini və incəsənətini layiqincə təmsil edib. Türkiyə, İraq, Amerika, Almaniya və digər ölkələrdə keçirilən folklor festivallarında çıxışına görə qızıl medal və digər mükafatlara layıq görülüb. 2010 və 2014-cü illərdə Bakıda keçirilən I və II Beynəlxalq Aşıq Festivallarında iştirak edib.

Fransada buraxılmış “Aşıq Musiqisi Antologiyası” adlı CD-kompakt diskdə Gülarə Azaflının ifaları da yer alıb, onun ifalarından ibarət “Ata sənətim”, “Hanı o səndəki el, Dərələyəz”, ”İncimərəm” adlı kasetlər, ”Aşıq Gülarə Azaflı” adlı videodisk tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Azərbaycan aşıqlarının V qurultayında Aşıqlar Birliyi İdarə Heyətinin üzvü seçilib. ”Görüşərik yenə biz” adlı şeirlər kitabının müəllifidir.

Asıq sənətinin inkişafındakı xidmətlərimə görə 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Hazırda ulu ozan sənətimizi ləyaqətlə yaşadır, el şənliklərində, respublika əhəmiyyətli tədbirlərdə və televiziya kanallarının musiqili proqramlarında çıxış edir. O, eyni zamanda “Çeşmə” folklor qrupunun yaradıcısı və bədii rəhbəridir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı