AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Abşeron rayon Mədəniyyət Mərkəzi

1963-cü ildən Abşeron rayon Mədəniyyət evi kimi fəaliyyətə başlamış müəssisə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Şəhər (rayon) Mədəniyyət Mərkəzlərinin yaradılması” haqqında 27.12.2012-ci il tarixli əmri ilə Mədəniyyət Mərkəzi adlandırılmışdır. Rayonun kənd və qəsəbələrində yerləşən klub və mədəniyyət evləri diyarşünaslıq, folklor və sənətkarlıq üzrə profilləşərək Abşeron rayon Mədəniyyət Mərkəzinin filialları kimi fəaliyyətlərini davam etdirmişlər. 2013-cü ildən başlayaraq klub müəssisələri aşağıda göstərildiyi kimi profilləşdirilmiş və belə adlandırılmışlar: Mehdiabad qəsəbə Diyarşünaslıq evi, Görədil kənd Folklor klubu, Ceyranbatan qəsəbə Folklor evi, Qobu qəsəbə Sənətkarlıq evi, Novxanı kənd Sənətkarlıq klubu, Pirəkəşkül kənd Sənətkarlıq klubu, Hökməli qəsəbə Diyarşünaslıq klubu, Fatmayı kənd Diyarşünaslıq klubu, Məmmədli kənd Diyarşünaslıq klubu.

Abşeron rayon Mədəniyyət Mərkəzinin funksiyalarına ictimai-siyasi tədbirlərin, xalq yaradıcılığının və qeyri-maddi mədəni irsin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması, təbliği və inkişafı üzrə tədbirlərin, təşkilati və metodiki işlərin həyata keçirilməsi daxildir. İdeoloji mərkəz kimi fəaliyyət göstərən qrum həvəskar bədii yaradıcılığın və bədii özfəaliyyətin dəstəklənməsi, əhalinin sosial-mədəni fəallığının artırılması, asudə vaxtının və istirahətinin təşkili sahəsində də bir sıra işlər görmüşdür.

Hazırda Mədəniyyət Mərkəzi və onun filiallarında Musiqili Komediya Xalq Teatrı, “Çeşmə” folklor ansamblı, Xəzri” xalq çalğı alətləri ansamblı, “Abşeron” aşıqlar ansamblı, “Abşeron” rəqs kollektivi, “Abşeron xınayaxdı qrupu, ”Qaravəlli” folklor kollektivi, “Günəş” uşaq teatrı, “Xəzər ulduzları” rəqs kollektivi, “Odlar yurdu” ritm qrupu, ”Bilik maraq klubu, “Abşeron meyxana qrupu, “Buta” xalq dekorativ-tətbiqi sənət kursu, ilkin təcili tibbi yardım kursu, "Sənət" həvəskar birliyi, biçmə-tikmə kursu kimi bədii kollektivlər və dərnəklər fəaliyyət göstərir. Həmin bədii kollektivlər beynəlxalq, respublika və rayon səviyyəli festival, müsabiqə və sərgilərdə, mədəni-kütləvi tədbirlərdə fəal iştirak edirlər.

Əlaqəli nümunələr

Günün nümunəsi

Toxuculuq dəzgah və alətləri

Azərbaycanın maddi mədəniyyət tarixinin bir sıra nailiyyətləri, antik dövrə aid arxeoloji qazıntılar zamanı əldə olunmuş yerli istehsal məhsulları burada mövcud olmuş sosial-iqtisadi və texniki irəliləyişdən xəbər verir. Bəsit burma, eşmə və hörmə vərdişləri sahəsində əldə edilən ilk əməli təcrübə sonralar əyirmə üsulunun yaranmasına və bu əsasda geyim və digər məişət vasitələri üçün z...

Ətraflı