AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Gəncə şəhər Mədəniyyət Mərkəzi

Gəncə şəhər Mədəniyyət Mərkəzi 1956-cı ildə 1 saylı Mədəniyyət evi kimi fəaliyyətə başlamış, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 29 may 2015-ci il tarixli əmrinə əsasən Mədəniyyət Mərkəzi adlandırılmışdır. Mərkəzdə qeyri-maddı mədəni irsin, xalq yaradıcılığının qorunması və təbliği ilə məşğul olan aşağıdakı dərnəklər fəaliyyət göstərir: misgərlik dərnəyi, dekorativ-tətbiqi sənət dərnəyi, kulinariya dərnəyi. Bundan başqa, Mərkəzdə ödənişli əsaslarla kompüter, ingilis dili, rus dili və zərgərlik kursları, sintezator, gitara, saz, qarmon alətləri üzrə dərnəklər fəaliyyət göstərir. Mərkəzdə fəaliyyət göstərən kulinariya dərnəyinin üzvləri Novruz şənliyində, Şərab festivallarında, “Gəncə – Avropa Gənclər Paytaxtı 2016” və “Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı 2017” layihələri çərçivəsində keçirilən tədbirlərdə müxtəlif Azərbaycan xörəklərinin, o cümlədən Gəncə dovğasının hazırlanma texnologiyasını, sacda yuxa yayılması, kətə bişirilməsini nümayiş etdirmişlər. Biçmə-tikmə, hörmə, dekorativ-tətbiqi sənət dərnək üzvlərinin əl işlərindən ibarət sərgilər təşkil olunmuşdur. Misgərlik dərnəyinin rəhbəri Məhəmməd Fətiyevin hazırladığı misgərlik nümunələri el şənliklərində, Novruz bayramında, respublika səviyyəli tədbirlərdə nümayiş edilmiş və fəxri fərmanlarla təltif olunmuşdur. Mədəniyyət Mərkəzinin təşkil etdiyi tədbirlər mütəmadi olaraq Gəncə Regional Mədəniyyət İdarəsinin rəsmi internet saytında www.ganja.mctgov.az yerləşdirilir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Əkinçilik təsərrüfatı

Tarixən Azərbaycanın dağətəyi və düzən ərazilərində suvarma əkinçiliyi, dağlıq ərazilərdə isə dəmyə əkinçiliyi geniş yayılmışdır. Əsasən suvarma əkinçiliyi ilə bağlı olan, bir-birindən fərqli “çala”, “tala”, “dincəqoyma”, “herik”, “toxumdəyişmə” və s. əkinçilik sistemləri mövcud olmuşdur. Əkinçilik sistemləri yüksək əkinçilik mədəniyyətinin nəticəsi olmaqla yanaşı, xalq əkinçilik texni...

Ətraflı