AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qazax rayon Mədəniyyət Mərkəzi

Qazax rayon Mədəniyyət Mərkəzinin binası Qazax şəhəri, S.Vurğun küçəsi-28 ünvanında yerləşir. Bina 1979-cu ildə ümummilli lider Heydər Əliyev tərəfindən istifadəyə verilmişdir. İkimərtəbədən ibarət binada 420 nəfərlik böyük zal, 100 nəfərlik kiçik zal vardır. 2015-ci ildə rayon Mədəniyyət evinin bazasında Mədəniyyət Mərkəzi yaradılmışdır. Mədəniyyət Mərkəzinin birinci mərtəbəsində Qazax Dövlət Dram Teatrı və Mərkəzləşdirilmiş Kitabxana Sistemi fəaliyyət göstərir. Binanın digər hissəsində 2 saylı uşaq musiqi məktəbi, həmçinin saz, muğam, rəqs, bədii-qiraət, qarmon dərnəkləri fəaliyyət göstərir. Mərkəzin 10 işçisi vardır, tabeliyində 42 filial fəaliyyət göstərir. Həmin filiallarda 135 işçi çalışır. Mədəniyyət Mərkəzi inventar, avadanlıq və texniki vasitələrlə təchiz olunmuş, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Məhz bu səbəbdən rayon əhəmiyyətli tədbirlər burada keçirilir. Mədəniyyət Mərkəzinin nəzdindəki “Göyəzən” instrumental ansamblı, “Aşıqlar” və “Zurnaçılar” ansamblları rayon əhalisinə müntəzəm olaraq mədəni xidmət göstərirlər.
 
Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən klub müəssisələri diyarşünaslıq, folklor və sənətkarlıq üzrə profilləşmişdir. Hər bir filial öz profilinə uyğun fəaliyyət göstərir. Rayonda xalq yaradıcılığı və bədii özfəaliyyətin inkişafına qayğı göstərmək, gənc istedadları üzə çıxartmaq məqsədi ilə Mədəniyyət Mərkəzində baxış müsabiqələr keçirilir, qaliblərin konsertləri təşkil edilir. Mədəniyyət Mərkəzinin “Göyəzən” instrumental ansamblı, “Aşıqlar” və “Zurnaçılar” ansambllarının kollektivləri tez-tez rayon ərazisində yerləşən “N” saylı hərbi hissələrdə, döyüş zonalarındakı zabit və əsgərlər qarşısında maraqlı konsert proqramları ilə çıxışlar edir, zabit və əsgərlərimizi vətənin müdafiəsinə ruhlandırırlar. Gənclərin hərbi xidmətə yola salınma mərasimində fəal iştirakına görə Mərkəzin kollektivləri hərbi hissənin komandanlığı tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif olunmuşlar.

Əlaqəli nümunələr

Günün nümunəsi

Aşıq havaları

Azərbaycan folklorunun çox qədim və zəngin qolu olan aşıq musiqisinin əsasını aşıq havaları təşkil edir. Aşıq havaları məzmun və obraz müxtəlifliyi, melodik gözəlliyi, dərin emosional ovqatı, metr-ritmik zənginliyi, forma və quruluşunun mükəmməlliyi ilə fərqlənir. Bu musiqi havaları xalqımızın tarixi və məişətini, hiss və həyəcanını, həyata baxışlarını özündə əks etdirir. Aşıq havaları...

Ətraflı