AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Aşıq Ədalət Dəlidağlı

Ədalət Hacıbaba oğlu Qaraşov 1967-ci il fevralın 1-də Kəlbəcər rayonunun Yellicə kəndində anadan olub. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra Kəlbəcərdəki yeddiillik musiqi məktəbində təhsil alıb. Hələ uşaq yaşlarından saz çalmağa başlayan Ədalətin ilk ustadı o zamanlar Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən aşıqlar ansamblının rəhbəri Əliş Quliyev olub. Saza olan sevgisi, yanğısı onu saz sənətinin sirlərinə daha dərindən yiyələnməyə vadar edib və o, Qəmkeş Allahverdidən, 1993-1998-ci illərdə isə Əməkdar incəsənət xadimi, ustad aşıq Ədalət Nəsibovdan mükəmməl dərs alıb.

Ədalət Dəlidağlı sənətdə ilk uğurunu 1989-cu ildə Gəncədə keçirilən “Gənc ozan” müsabiqəsində qazanıb. Daha sonra ustadı aşıq Ədalət Nəsibovla birlikdə İraqda keçirilən “Ozan-folklor” müsabiqəsində iştirak edərək, bu müsabiqənin qalibi olub. 2006-cı ildə “Azərsun”un keçirdiyi “Ozan” müsabiqəsində birinci yerə layiq görülüb.

Ədalət Dəlidağlı istedadlı solo-saz ifaçısı kimi təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da məşhurdur və özünəməxsus bənzərsiz ifa tərzi ilə seçilir. 2007-ci ildə Azərbaycanın "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

Əlaqəli nümunələr

Günün nümunəsi

Mədrəsə

Mədrəsə – ərəbcə “məktəb”, “öyrənmək” mənasında işlədilmiş, Yaxın və Orta Şərq ölkələrində dövlət aparatı xidmətçiləri, din xadimləri (mollalar), müsəlman ibtidai məktəbləri üçün müəllimlər hazırlayan ali və orta məktəbi olmuşdur. Mədrəsələrə qəbul 16 yaşından başlanırdı. Təhsilin ilk mərhələsində ərəb dilinin qrammatikası öyrədilirdi. Bu mərhələ, adətən, 2-3 il çəkirdi. Mədrəsə təhsil...

Ətraflı