AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dilsuz və Xəzangül

Nümunənin reyestr kodu : FL0104020036

Azərbaycan məhəbbət dastanlarından biridir. Dastanın müəllifi Şair Nəbidir. O, müxtəlif janrlarda yazdığı şeirlərlə yanaşı həm də dörd dastanın müəllifidir. Həmin dastanlardan biri olan “Dilsuz və Xəzangül” ilk dəfə 1930-cu ildə “Dastanlar və nağıllar” toplusunda çap olunub, keçən əsrin 60-cı illərində nəşr olunan beş cildlik “Azərbaycan dastanları” toplusuna da daxil edilib.

Dastanın mövzusu ilə bağlı iki fikir mövcuddur. Şair Nəbinin ailə üzvlərinin dediyinə görə dastanın mövzusu şairin şəxsi həyatından götürül​üb. Palit​büro Ələkbər Abdullayev Kəlbəcərdə NKVD-yə rəhbərlik etdiyi vaxt Şair Nəbi onun katibi işləyirdi. Onda Nəbinin Məşədi Sala​xın qızı Xuraman xanıma aşiq olduğu vaxtlar idi. Ələkbər Abdullayev qızın atasını kulak adı ilə sürgün eləyir və Xuraman xanımla evlənir. “Dilsuz və Xəzangül” dastanı da həmin nakam sevgiyə həsr olunur. Sonradan Şair Nəbi Xuraman xanımın adını öz nəvəsinə verməklə bu adı yaşadır. Digər versiyaya görə, əsərin mövzusu məşhur “Cəhl-tuti” əsərindən götürülüb.

Şairin “Fizz və Məxluqa” dastanı da sevgi-məhəbbət möv​zu​sunda yazılıb, digər iki dastanı isə itibdir. Onlardan biri avto​bioqrafik səciyyəli idi və şairin şəxsi həyatından bəhs edirdi. “Dağ​ların gül ətri” adlanan digər dastan isə Sovet qurucu​lu​ğuna həsr olunmuşdur.

Şair Nəbi Kərim oğlu Nəcəfov 1898-ci ildə Kəlbəcər rayonunun Milli kəndində anadan olub. Çox kasıb həyat sürüb. Atası Kərimlə birlikdə 1924-cü ilə qədər rəncbərlik edərək böyük bir ailəni çətinliklə dolandırıb. O həm də kamil sazbənd idi. 1924-cü ildən 1930-cu ilə qədər kənd soveti katibi, 1930-cu ildən sonra rayonda müxtəlif vəzifələrdə çalışıb. 1969-cu ildə vəfat edib.

15 yaşından bədii yaradıcılığa başlayan Şair Nəbi aşıq şeirinin müxtəlif şəkillərində nümunələr yaratmışdır. Saz çalmağı da bacaran Nəbi aşıq havalarını məharətlə ifa etmişdi.