AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Süleymanov Əli (nağılçı)

Əli Rəmdar oğlu Süleymanov 1932-ci il yanvarın 1-də Ağdam rayonunun Ətyeməzli kəndində anadan olub. Ağdam rayonunun işğalından sonra Ağdaş rayonunun Qumlaq kəndində məskun­laşıb.
 
Əli Süleymanov kənd camaatı arasında baməzə, gülərüz bir insan kimi tanınır. Məskunlaşdığı Ağdaş rayonu­nun Qumlaq kənd sakinlərindən maraqlı söh­bət edən, yaxşı lətifə, nağıl bilən insan tanıyıb-tanı­madıqlarını xəbər aldıqda Əli kişinin ün­vanını gös­tər­mələri də bunu təsdiq edir. Reper­tuarın­da satirik, yumoristik məz­munlu nağılların üstünlük təşkil etməsi Əli Süleymanovun deyib-gülməyə hə­və­sindən irəli gəlir. Əli Süleymanovdan sehrli, novel­lavari, heyvanlar haq­qında nağıllara dair nümunələr qeydə alınsa da, tərəddüdsüz deyə bilərik ki, o, özünü daha çox qaravəllilərdə tapırdı. Qaravəlliləri söy­lə­yərkən sanki daha da pərvaz­lanır, ço­şur­du. Ona görə də ondan qeydə alın­mış “Şərikli köm­bə”, “Ke­çəl­lə Kosa”, “Yeddi kor”, “Molla ilə Keçəl”, “Üzlü qonaq” həm yeni­li­yi­nə, həm də söyləyici təhkiyəsinə görə seçilən gözəl qaravəlli nümunə­ləridir.
 
Əli Süleymanovun repertuarı yeni süjetlərlə zən­gindir. Ondan yazıya alınmış 1618* (Kim uzağa tul­lanar), 1202 (Naşı biçinçi), 1577 (Yeddi kor), 1341A (Töv­lədən qaçış), 1441B (Mollanın arvadına aşiq olmuş keçəl), 1525S* (Keçəllə kosa padşahın inəyini oğurlayırlar), 207A (Eşşək və öküz) süjetləri ilk dəfə qeydə alınmış nağıl süjetlə­ri­dir.

Əlaqəli nümunələr

Günün nümunəsi

İçkilər

Azərbaycan mətbəxinə məxsus ənənəvi içkilər alkoqolsuz və çoxçeşidli olması ilə seçilir. Azərbaycan süfrəsində istifadə olunan alkoqolsuz içkilərin bir qismi (çay, qəhvə, meyvə şirələri, ayran, atlama, körəməz, ovduq) gümrah​laşdırıcı və sərinləşdirici xüsusiyyətlərə malikdir. Əsasən, bu içkilər yağlı xörəklərin yaxşı həzm edilməsində faydalı olduğu kimi, insan oranizmində maddələr müb...

Ətraflı