AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ağdam "Şur" ansamblı

Ağdam rayon Mədəniyyət Mərkəzinin tərkibində fəaliyyət göstərən "Şur" xalq kollektivi ansamblı 1952-ci ildə yaradılmışdır. Ansambla 1968-ci ildə "Xalq kollektivi" adı verilmişdir. "Şur" ansamblı muğam aləminə Azərbaycanın xalq artisti, "Şöhrət" və “İstiqlal” ordenli professor Arif Babayev, "Şöhrət" ordenli mərhum Qədir Rüstəmov, habelə tarzən, professor Ramiz Quliyev kimi sənətkarlar bəxş etmişdir. "Şur" ansamblı nəinki respublikada, hətta keçmiş SSRİ məkanında ad-san qazanmış musiqi kollektivlərindəndir. Səmərqənd festivallarında dəfələrlə qızıl medala layiq görülüb. Sovet dövründə festivallarda, ümumilikdə, 48 qızıl medal qazanılıb. 1988-ci ildə Moskvada beynəlxalq folklor festivalının, 1989-cu ildə Kiyevdə folklor festivalının iştirakçısı olmuşdur. 1990-cı ildə Moskvada geniş konsert proqramı ilə çıxış etmişdir. Bu ansamblın bir gözəl məziyyəti də ondadır ki, ifaçılar klassik muğamlara daha çox yer verirlər.

"Şur" ansamblı zəngin repertuara malikdir. Ansamblın ifasında "muğamlarımızın gəlini" adlandırılan "Bayatı-Şiraz" muğam dəstgahı, "Çahargah", "Mahur-hindi", "Şur" dəstgahı və "Heyratı Qatar" muğamları tam dəstgah şəklində hazırlanıb tamaşaçılara təqdim olunub. Bundan başqa, ansambl İsmayıllı, Qəbələ, Yevlax, Ağcabədi, Mingəçevir, Şəki şəhərlərində möhtəşəm konsert proqramları ilə çıxış edib. Ansamblda “Bayatı-Şiraz” muğamının təsniflər yerinə xorun ifası salınmaqla respublikada ilk dəfə yeni üslubda dəstgah hazırlanmışdır.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı