Gədəbəy rayon Mədəniyyət Mərkəzi
Gədəbəy rayon Mədəniyyət evi 2013-cü ildən Mərkəz kimi fəaliyyət göstərir. Mərkəzin rayonun kənd və qəsəbələrində 36 filialı fəaliyyət göstərir. Mərkəz tərəfindən rayon ərazisində əhalinin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif tədbirlər keçirilir. Mərkəzdə 56 dərnək fəaliyyət göstərir: 9 bədii özfəaliyyət, 8 saz, 4 bədii qiraət, 1 təbiəti sevenlər, 5 musiqi, 4 qarmon, 5 təsviri sənət, 4 toxuculuq, 3 xor, 1 dram, 2 nağara, 4 bələdçi, 1 balaban, 1 dəf, 1 çalğı alətləri, 2 “Ziya”, 1 tikiş və 1 slavyan rus dərnəyi.