Qeyri-maddi mədəni irs nümunələrinin portalı yeni məlumatlarla zənginləşir
Oktyabr 01, 2020 16:42
Azərbaycan Qeyri-maddi Mədəni İrs Nümunələri Dövlət Reyestrinin siyahısında yer alan yaşayış məskənlərinə dair 5 nümunənin – binə, oba, qışlaq, yaylaq və kənd nümunələrinin məlumat bazası formalaşdırılıb. Məlumat bazasına nümunəyə dair xülasə, elmi ədəbiyyat, nümunənin pasportu, daşıyıcısı və yayılma coğrafiyası haqqında məlumatlar daxildir. Nümunələrin xülasələri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Fəzail Vəliyev və Bəhmən Əliyev tərəfindən hazırlanıb.
Həmin nümunələrlə aşağıdakı linklərdən tanış olmaq olar: