Qeyri-maddi Mədəni İrs Nümunələri Dövlət Reyestri yeni nümunələrlə zənginləşir
Avqust 12, 2020 15:17
Azərbaycan Qeyri-maddi Mədəni İrs Nümunələri Dövlət Reyestrinin siyahısında yer alan daha 5 nümunənin – bərbər, çayçı, əttar, sapand və sandal nümunələrinin məlumat bazası formalaşdırılıb. Məlumat bazasına nümunəyə dair xülasə, elmi ədəbiyyat, nümunənin pasportu, yayılma coğrafiyası haqqında məlumatlar daxildir. Nümunələrin xülasələri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyev tərəfindən hazırlanıb.
Həmin nümunələrlə aşağıdakı linklərdən tanış olmaq olar:
Daxil edilən son məlumatlarla birlikdə Dövlət Reyestrinin elektron portalındakı nümunələrin sayı 762-yə çatmışdır.