Qeyri-maddi mədəni irs nümunələrinin elektron portalı yeni nümunələrlə zənginləşir
İyun 16, 2020 16:27
Azərbaycan Qeyri-maddi Mədəni İrs Nümunələri Dövlət Reyestrinin siyahısında yer alan daha 5 nümunənin – “Xəzaşılama”, “Qəlibkarlıq”, “Qənnadçı”, “Rəqqas” və “Sədəfvurma” nümunələrinin məlumat bazası formalaşdırılmışdır. Məlumat bazasına nümunəyə dair xülasə, elmi ədəbiyyat, nümunənin pasportu, yayılma coğrafiyası və daşıyıcıları haqqında məlumatlar daxildir. Nümunələrin xülasələri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyev tərəfindən hazırlanmışdır.
Həmin nümunələrlə aşağıdakı linklərdən tanış olmaq olar:
“Xəzaşılama” – http://intangible.az/front/az/aboutExample/16534
“Qəlibkarlıq” – http://intangible.az/front/az/aboutExample/16540
“Qənnadçı” – http://intangible.az/front/az/aboutExample/16541
“Sədəfvurma” – http://intangible.az/front/az/aboutExample/16557
Məlum olduğu kimi, Azərbaycan Qeyri-maddi Mədəni İrs Nümunələri Dövlət Reyestrinin elektron portalı 2018-ci ildən fəaliyyət göstərir. İndiyə qədər 700-dən artıq qeyri-maddi mədəni irs nümunəsi, o cümlədən bu nümunələri yaşadan 150 daşıyıcı və 64 təşkilat haqqında məlumat elektron portala daxil edilmişdir.