AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Aşıq Qələndər

Qələndər Nadir oğlu Zeynalov 1961-ci il iyun ayının 16-da Gədəbəy rayonunun Hacıələkbərli kəndində anadan olub. 1968-ci ildə həmin kənddə orta məktəbin 1-ci sinfinə daxil olub, 1978-ci ildə isə Dəyirmandağ kənd orta məktəbini əla qiymətlərlə bitirib.

Usaq vaxtlarından saza-sözə böyük həvəsi olub. 1990-cı ildən etibarən bu sənətlə məşğul olmağa başlayıb. Sənətdə ustadı aşıq Söhbət İsmayılov olub. Sənətin incəliklərini 2 il müddətində ondan öyrənib. Daha sonra sənəti daha da dərindən öyrənmək üçün 4 il aşıq Yusif Quliyevə şəyird kimi qulluq edib.

Dəfələrlə respublikamızda keçirilən yubiley tədbirlərində, televiziya kanallarında çıxış edib, xarici ölkələrdə Azərbaycan mədəniyyətini layiqincə təmsil edib. Hazırda Bakıda yaşayıb fəaliyyət göstərir

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı