AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qax rayon Mədəniyyət Mərkəzi

S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzi (əvvəllər rayon Mədəniyyət evi) 1956-cı ildən fəaliyyət göstərir. 2015-ci ildə Mədəniyyət Mərkəzi statusu almışdır. Mərkəzin nəzdində İ.Dağıstanlı adına xalq teatrı, “Arzu” xalq kollektivi, “Çeşmə” instrumental ansamblı, bədii özfəaliyyət kollektivləri fəaliyyət göstərir. Mərkəzin kollektivi rayonda, eləcə də respublikada keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirak etmiş, bir sıra müsabiqə, festivallarda laureat olmuşdur. Mədəniyyət Mərkəzinin 23 filialı vardır. Filiallardan bir neçəsi profilləşmişdir. Mərkəz və filiallarda fəaliyyət göstərən dərnəklər qeyri-maddi mədəni irsin təbliği sahəsində iş aparır.
 
Rayonda keçirilən bütün mədəni-kütləvi tədbirlər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Bədii özfəaliyyət kollektivləri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən festival və müsabiqələrdə hər zaman fəal iştirak etmişdir. Ənənəvi olaraq hər il Bakı şəhərində keçirilən Novruz şənliklərində “Tunqay Məlik” folklor kollektivi, Azsaylı Xalqların İncəsənəti Festivallarında “Samur” ləzgi folklor kollektivi, “İmedi” və “Pesveb”i gürcü rəqs qrupları, “Şvitkasso” gürcü xalq xoru hər zaman uğurla çıxış etmişdir. İ.Dağıstanlı adına Xalq Teatrı Xalq Teatrlarının II Respubika Festivalında laureat adını qazanmışdır. 2014 və 2015-ci illərdə prezident kuboku uğrunda keçirilən çövkən oyunlarında Mədəniyyət Mərkəzinin komandası fəal çıxışına görə diploma layiq görülmüşdür. Mədəniyyət Mərkəzi tərəfindən istedadlı gənclərin üzə çıxarılması məqsədilə bədii qiraət, rəqs, folklor müsabiqələri keçirilir.
 
S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin fəaliyyəti haqqında hər zaman dövrü mətbuatda geniş yazılar dərc olunmuşdur. Azərbaycan Dövlət radiosunun “Sənətsevər” verilişi ardıcıl olaraq 2016-2017-ci illərdə Mədəniyyət Mərkəzinin fəaliyyəti haqqında 2 veriliş hazırlamışdır. Verilişdə xalq teatrının səhnələşdirdiyi tamaşalardan bəhs olunmuş, kollektivin uğurları haqqında məlumat verilmişdir. 2016-cı ilin avqust ayında Türkiyə Respublikasının TRT Avaz kanalında “Tunqay Məlik” folklor kollektivi haqqında veriliş efirə getmişdir. 2006-cı ildə Mədəniyyət Mərkəzinin İ.Dağıstanlının 100 illiyi münasibəti ilə keçiridiyi yubley tədbirləri kollektivin uğurları siyahısındadır. O cümlədən rayonun 2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Milli Mətbəxt paytaxtı elan olunması ilə əlaqədar keçirilən “Ulu dad” Milli Mətbəxt Festivalı artıq ənənəyə çevrilmiş, hər il “Bəsləsən atlas olar tut yarpağından” devizi altında Tut bayramı keçirilir. 2017-ci ildə H.Cavidin 135 illiyinə həsr olunmuş “Səma şairi” adlı teatrlaşdırılmış gecə, M.Ə.Sabirin xatirəsinə həsr olunmuş “Bir əsrin dərdindən doğulan şair” adlı ədəbi-bədii gecə tamaşaçılar tərəfindən yüksək qiymətləndirilmişdir. Mərkəzin kollektivi hər il Qəbələ şəhərində keçirilən mürəbbə festivalında, Zaqatala rayonunda keçirilən fındıq festivalında, Balakən rayonunda keçirilən xurma festivalında fəal iştirak etmişdir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Parça toxuculuğu

Azərbaycanda tarixən parça (kətan, qumaş, yun, ipək) istehsalının şalbaflıq, kətançılıq, bəzzazlıq və şərbaflıq kimi 4 sahəsi yaranmışdı. Bu sahələrin bir qisminin daxilində məmulat növləri üzrə dar ixtisaslaşma baş vermişdi. Məsələn, ipək parçanın istehsalı keci və xam ipək toxuculuğu kimi iki fərqli istiqamətdə inkişaf etmişdi. İpəkçilik təsərrüfatı erkən orta əsrlərdən təşəkkül tapd...

Ətraflı