AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qeyri-maddi mədəni irs nümunələrinin portalı yeni məlumatlarla zənginləşir

Oktyabr 22, 2020 16:32

Məlumat verdiyimiz kimi, Azərbaycan Qeyri-maddi Mədəni İrs Nümunələri Dövlət Reyestrinin elektron portalı hər gün yeni nümunələrlə zənginləşir. Bu gün də yaşayış məskənlərinə dair daha 5 nümunənin – düşərgə, qəsəbə, şenlik, yataq və yurd nümunələrinin məlumat bazası formalaşdırılıb. Məlumat bazasına nümunəyə dair xülasə, elmi ədəbiyyat, nümunənin pasportu və yayılma coğrafiyası haqqında məlumatlar daxildir. Nümunələrin xülasələri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyev tərəfindən hazırlanıb.

Həmin nümunələrlə aşağıdakı linklərdən tanış olmaq olar:

Günün nümunəsi

Dulusçu

Dulusçu əl və ayaq çarxında gil məmulatından müxtəlif formalı qabların hazırlanması ilə məşğul olan qədim peşə sahiblərindən biridir. Azərbaycan ərazisinin zəngin gil yataqları və ucuz odun ehtiyatına malik olması, əhalinin məişətində dulus məmulatlarına zəruri tələbat, sənətkarlıq təcrübəsi saxsı məmulatı istehsalının uzun müddət davam etdirilməsində başlıca rol oynamış, öz növbəsində...

Ətraflı